“Deutsche Bank” yüzlərlə İT mütəxəssisini Rusiyadan Almaniyaya köçürüb”

“Deutsche Bank” yüzlərlə İT mütəxəssisini Rusiyadan Almaniyaya köçürüb, “Financial Times” və “Handelsblatt” mənbələrə istinadən yazır.

Mənbələrin sözlərinə görə, Ukraynada müharibə başlayana qədər Moskva və Sankt-Peterburq ofislərində proqram təminatının hazırlanması və dəstəklənməsi ilə məşğul olan 1,5 minə yaxın əməkdaş işləyirdi. Bu da “Deutsche Bank”-ın bütün ştatlı İT mütəxəssislərinin təxminən dörddə birini təşkil edir.

Köçmək təklifinin bütün işçilərin yarısı tərəfindən qəbul edildiyi bildirilir. Söhbət təxminən iki min nəfərdən gedir. Onlar rəsmi olaraq köçüblər, bir çoxları Almaniyaya Finlandiya vasitəsilə uçublar. FT mənbələrindən biri rusiyalı həmkarlarının Almaniyaya təkcə ailələri ilə deyil, həm də ev heyvanları ilə aparıldığını bildirib.

“Handelsblatt”-ın həmsöhbətinin sözlərinə görə, Rusiya ilə Aİ arasında gərginliyin texnoloji mərkəzin işini davam etdirməsini qeyri-mümkün edəcəyi təqdirdə, bank bu yolla mütəxəssisləri itirmək riskini azaldır.

Rusiyanın Ukraynaya təcavüzündən sonra “Deutsche Bank”, beynəlxalq tərəfdaşları kimi, hüquqi və tənzimləyici öhdəliklərə uyğun olaraq Rusiyadakı biznesini dayandırdığını söyləyib. RBC mayın 8-də bildirib ki, “Deutsche Bank” bir neçə Rusiya bankının müxbir hesablarını bağlayıb.

Əvvəlki məqaləDövlət qurumu “Teknofest”ə 842 min manat pul xərcləyib
Növbəti məqalədəƏli Əliyev həbsdə aclığa başlayıb