Ermənistanda iyulun 1-dən ağır təhqirlər dekriminallaşdırılacaq

Ermənistan hakimiyyəti ağır təhqirləri dekriminallaşdırmaq qərarına gəlib. Bu barədə ötən cümə günü ədliyyə naziri Karen Andreasyan öz Facebook səhifəsində bildirib.

İyulun 1-dən qüvvəyə minən yeni Cinayət Məcəlləsində ağır təhqirə görə məsuliyyət nəzərdə tutulmayacaq.

Andreasyanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə bir neçə idarələrarası müzakirələrdən sonra bu qanun pozuntusuna görə yalnız inzibati məsuliyyətin qalması qərara alınıb. Cərimə məbləği təzminat şəklində 3 milyon drama qədər olacaq.

Andreasyan qeyd edib ki, dərin qütbləşmiş cəmiyyətdə fərdlərin və qrupların qəbuledilməz davranışlarının qarşısını almaq üçün ağır təhqirlərə görə məsuliyyət bir zamanlar sərtləşdirilib.

2021-ci ildə parlamentin spikeri Alen Simonyanın təşəbbüsü ilə Ermənistanda təhqir və böhtana görə məsuliyyəti sərtləşdirən qanun qəbul edilib. Konstitusiya Məhkəməsi müvafiq Konstitusiyanın ağır təhqir maddəsini tanısa da, yerli və beynəlxalq ekspertlər ağır təhqirin kriminallaşdırılmasını kəskin tənqid ediblər.

Əvvəlki məqaləDövlət Departamentinin təmsilçisi vətəndaş cəmiyyəti və siyasi partiyaların nümayəndələrilə görüşəcək
Növbəti məqalədə10 gündür aclıq edən Tale Bağırzadənin səhhətində problemlər yaranıb