Ermənistanda xidmətə yeni başlayan zabitlərə dərhal mənzil veriləcək

Ermənistan hökuməti hərbi təhsilini bitirib Silahlı Qüvvələrdə qulluq etməyə başlayan zabitlərə dərhal mənzil təqdim etmək haqqında qərar layihəsini qəbul edib.

Hərbçi mənzildə yaşaya və ya (məsələn, hərbi hissəsi başqa yerdə olduğu halda) onu icarəyə verə bilər, lakin sata bilməz.

Hərbidə 20 il xidmət göstərdikdən və ya səhhəti səbəbindən istefaya çıxdıqdan sonra mənzil təmənnasız hərbçinin şəxsi mülkiyyətinə çevrilir.

Bundan başqa, hərbçi hərbi xidmət müddətində həlak olarsa, mənzil təmənnasız olaraq, hərbçinin ailə üzvünün adına keçir.

Qərar 2022-ci il iyulun 1-dən sonra hərbi təhsil müəssisəsinə qəbul olunan və müvafiq müqavilə imzalayan məzunlara şamil edilir.

MƏNBƏBBC Azərbaycan
Əvvəlki məqaləVəkil polis bölməsində zorakılığa məruz qaldığını deyir
Növbəti məqalədəWP: ‘Rusiya Çernobıl Stansiyasından 135 milyon dollarlıq avadanlıq qarət edib’ [Fotosessiya]