Fransa polisi Vidadi İsgəndərlini azad edib və zəzərçəkmiş kimi tanıyıb

Fransa prokurorluğu azərbaycanlı siyasi mühacir Vidadi İsgəndərliyə qarşı cinayət işi açılması haqqında qərarı ləğv edib. O, iki gün həbsdə saxlanıldıqdan sonra ötən gecə sərbəst buraxılıb və iyunun 16-da ona qarşı hücum işi üzrə zərərçəkmiş kimi tanınıb.

Bu barədə iyunun 12-də İsgəndərli özü bildirib.

Onun sözlərinə görə, Fransa prokurorluğu onun özünümüdafiə məqsədilə ona hücum edən şəxsləri yaraladığını nəzərə alıb. Bununla belə, hələlik ona hücum faktı ilə bağlı saxlanılan yoxdur.

İsgəndərli hesab edir ki, ona hücum edənlər Mulyuz şəhərinin kriminal “narkobaronlar” məhəlləsinin sakinləri idi. Bununla belə, o hesab edir ki, hücumu Azərbaycan hakimiyyəti “sifariş edib”.

* Xatırladaq ki, hücum iyunun 16-da axşam saatlarında İsgəndərli evə qayıdarkən baş verib. O, yaralanıb və özünü müdafiə edərək, bıçaqla hücum edənlərdən bir neçəsini vurub.

İsgəndərli sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin açıq-aşkar tənqidçisidir. 2015-ci ildə o, Azərbaycandan mühacirətə gedib.

MƏNBƏTuran
Əvvəlki məqaləDindarlar Prezident Administrasiyası qarşısında aksiyaya cəhd edib
Növbəti məqalədəAlmaniyadan deport edildikdən sonra həbs olunan cəbhəçiyə 7 il 6 ay həbs istənilir