Karantin rejimi uzadılıb, toylarla bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda xüsusi karantin rejimi sentyabrın 1-dək uzadılıb.

Eyni zamanda, Nazirlər Kabinetinin qərarına əsasən

bəzi məhdudiyyətlər aradan qaldırıldı.

Belə ki, 2022-ci il iyunun 21-dən ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda, bulvarlarda 10 nəfərdən çox şəxslərin (yaxın qohumlar, yəni valideynlər, babalar, nənələr, uşaqlar və qardaş-bacılar istisna olmaqla) toplanmasına qadağa aradan qaldırılıb.

Toy və digər şənliklərin təşkili və keçirilməsi zamanı icaze.e-gov.az portalına məlumatların daxil edilməsi tələbi də  da ləğv edilib. Şənlik  təşkilatçısı ilə məkanın sahibi arasında birgə məsuliyyət müqaviləsinin imzalanması tələbi də ləğv edilib.

Eyni zamanda ölkənin quru sərhədləri bağlı qalmaqda davam edəcək.

Əvvəlki məqaləZəfər Muzeyinin tikintisi üçün söküləcək binanın sakinlərinin mənzil hüquqları pozulur
Növbəti məqalədə“MTN işi”ndə Zakir Qaralovla Rüstəm Usubovun məhkəmədə dindirilməsi tələb edilib