Minsk qrupunun Rusiyadan olan həmsədri Qarabağı müzakirə etməkdən imtina edib

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Amerika tərəfinin Qarabağı müzakirə etmək dəvətini qəbul etməyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu özünün “Twitter” səhifəsində məlumat yayıb.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri həmkarları ilə müzakirələrin təşkili ilə bağlı danışıb.

“Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk qrupunun işini davam etdirməsini səbirsizliklə gözləyirik”, – deyə məlumatda bildirilir.

Əvvəlki məqaləRusiya Ukrayna ilə müharibəyə milli azlıqları göndərir
Növbəti məqalədəUkraynadakı Azərbaycan səfirliyinin yaxınlığı raketlə vurulub, Rəsmi Bakı susur