MN: “Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”

Ermənistan və Azərbaycan arasında təşkəs pozulub. Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. 

Nazirlik bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

“Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

İkinci Qarabağ müharibəsindən sonra atəşkəs imzalansa da, ardıcıl olaraq bu cür insidentlər baş verir.

Əvvəlki məqalə“MTN işi”ndə Zakir Qaralovla Rüstəm Usubovun məhkəmədə dindirilməsi tələb edilib
Növbəti məqalədəMEDİA-dan Venesiya Komissiyasının tənqidi rəyi barədə: “Mövqeyimizlə uzlaşan yanaşma sərgilənməsi təqdirəlayiqdir”