Polis serjantı Füzulidə minaya düşüb

Ötən gün Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində 1989-cu il təvəllüdlü polis serjantı İlham Salmanov piyada əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, hadisə polisin xidmətdə olmadığı vaxt baş verib.

Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub. Hazırda həyatı üçün təhlükə yoxdur, məlumatda deyilir.

MƏNBƏTuran
Əvvəlki məqaləKXCP üzvü 30 sutka inzibati qaydada həbs edilib
Növbəti məqalədəJurnalist Elçin Məmməd həbsdə aclıq aksiyasına başlayıb