Putin: Vurmadığımız yerləri vuracağıq

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əgər Ukraynaya uzaqmənzilli raketlər verilərsə, Rusiya indiyə qədər zərbə endirmədiyi obyektlərə zərbə endirəcək.

Putinin “Rossiya 1” kanalına müsahibəsinin növbəti fraqmenti yayılıb. Bu, Ukraynaya təcavüz başlayandan bəri Putinin ilk müsahibəsidir.

ABŞ-ın Ukraynaya reaktiv yaylım atəşi sistemləri (RYAS) vermək barədə qərarına toxunan Rusiya Prezidenti bildirib ki, bunda yeni bir şey yoxdur, çünki Ukrayna ordusunda sovet istehsalı olan belə sistemlər var. Amma həmin sistemlər adi radiusdan (45-70 km) daha uzağı vurmağa imkan verən raketlərlə təchiz olurnarsa, Rusiya “nəticə çıxaracaq”.

Hansı obyektlərə zərbə endiriləcəyi açıqlanmayıb.

Putin bildirib ki, Ukraynaya silah göndərən Qərb ölkələrinin məqsədi konfliktin uzanmasıdır.

ABŞ bu həftə Ukraynaya HİMARS RYAS vermək barədə qərar qəbul edib. Bu sistemlərin atəş radiusu 80 km-dir. Amma müəyyən modifikasiyalarda və müvafiq sursatlarla 300-500 km məsafəyə də atəş aça bilərlər.

Rusiya Təhlükəsizlik Şurasında Putinin müavini Dmitri Medvedev daha əvvəl bildirmişdi ki, əgər bu silahlardan Rusiya ərazisinə atəş açılarsa, Rusiya hərbçiləri də “qərar qəbul edən mərkəzləri” vuracaqlar. Belə mərkəzlər sırasında o, Ukraynanın Müdafiə Nazirliyini və Baş qərargahını sadalayıb. Teleqram kanalında isə daha sərt ifadə edərək belə mərkəzlərin Ukrayna xaricində yerləşdiyini yazıb və beləliklə, üçüncü ölkələrə zərbə vurulacağına eyham edib.

MƏNBƏToplum Tv
Əvvəlki məqaləRüfət Quliyev: “Ölkədə dərmanların qiyməti süni formada qaldırılır”
Növbəti məqalədəŞəhid anası 13 yaşlı övladının ölümündə həkimləri günahlandırır