Rusiya ordusu Ukraynanın İlan adasını tərk edib

Rusiya qüvvələri Ukraynanın Qara dənizdəı yerləşən İlan adasından təxliyə olunub və güman ki, adanı tam tərk edib.

Liga.net saytı xəbər verir ki, bu barədə Ukrayna Ordusunun “Cənub” Operativ Komandanlığı açıqlama yayıb.

Gecə Ukrayna qüvvələrinin adaya raket və artilleriya zərbələrin endirdiyini açıqlayan komandanlıq Rusiya qüvvələrinin 2 katerlə adadan təxliyə edildiyini bildirib.

Rusiya ordusu da Ukraynanın İlan adasından geri çəkildiyini açıqlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

“Bu gün xoşməramlı addım olaraq rusiyalı hərbçilər İlan adasında döyüş tapşırıqlarının icrasını başa çatdırıb və orda yerləşən qarnizonu adanı tərk edib”, deyə nazirliyin açıqlamasında bildirilir.

Əvvəlki məqalə80 milyon manatlıq mənimsəmədə təqsirləndirilən generalın həbs müddəti uzadılıb
Növbəti məqalədəAzərbaycan əsgəri ehtiyatsızlıq nəticəsində həlak olub