Tələbələri imtahandan kəsməklə hədələyərək rüşvət tələb edən kafedra müdiri BDU-dan qovulub

Tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsməkdə ittiham olunan Bakı Dövlət Universitetinin (BDU) kafedra müəllimi işdən azad olunub. 

Bildirilir ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, kafedra müdiri Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Bir neçə gün əvvəl Oxu.Az-ın redaksiyasına müraciət edən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova pul almaq üçün onları kütləvi şəkildə imtahandan kəsib.

Əvvəlki məqaləRusiyanın keçmiş dövlət katibi Bakıda vəfat edib, Baş Prokurorluq tədqiqat başladıb
Növbəti məqalədəUkrayna Ali Radası İstanbul Konvensiyasının ratifikasiyasına səs verib