Ukrayna Ali Radası İstanbul Konvensiyasının ratifikasiyasına səs verib

Ukrayna Ali Radası 259 deputat 8 nəfərə qarşı olmaqla İstanbul Konvensiyasının lehinə səs verib.

Məişət zorakılığı, qadına qarşı zorakılıqla mübarizəyə yönələn konvensiya Ukrayna tərəfindən 2011-ci ildə imzalanıb.

Bundan əvvəl Ukraynadakı mühafizəkar və dindar qruplar sənəddə istifadə edilən “gender” sözünə görə, onun ratifikasiyasına qarşı çıxırdılar.

Konvensiyanın ratifikasiyasını bəzi üzv dövlətlər Ukraynanın Aİ-yə namizəd üzv statusu alması üçün zəruri şərt kimi qiymətləndirirlər.

Əvvəlki məqaləTələbələri imtahandan kəsməklə hədələyərək rüşvət tələb edən kafedra müdiri BDU-dan qovulub
Növbəti məqalədəZəfər Muzeyinin tikintisi üçün söküləcək binanın sakinlərinin mənzil hüquqları pozulur