Son altı ayda bağlanmış nikahların sayı 20 faizdən çox artaraq 28 minə çatıb, boşanmanın sayı isə 11 faiz azalıb.
Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.
Eyni zamanda qeydə alınmış doğumun sayı artaraq 60 minə yaxın olub. Ölüm isə 15 faizədək enib.
Bu günlərdə iqtisadçı ekspert Toğrul Vəliyev də özünün Telegram kanalında qeyd edib ki, cəmiyyətdə boşanmaların sayının sürətlə artması ilə bağlı fikirlər doğru deyil.
O, son 7 il ststistik göstəricilərini də təqdim edib:
Aprel 2015 – 1200
Aprel 2016 – 900
Aprel 2017 – 1285
Aprel 2018 – 1312
Aprel 2019 – 1590
Aprel 2020 – 464
Aprel 2021 – 1719
Aprel 2022 – 1425