Özbəkistan Prezidenti etirazlardan sonra geri çəkilməyə məcbur qalıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edib. Prezident Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə səfər edib. O, həmçinin Konstitusiyada muxtariyyətin suverenliyi ilə bağlı bəndin saxlanmasını təklif edib.

Bu barədə Prezidentin mətbuat katibi Şerzod Əsədov məlumat yayıb.

O deyib ki, dövlət başçısı digər məsələlərlə yanaşı, həm də Qaraqalpaqıstan sakinlərinin fikirlərini əsas sayır:

“Həmçinin hələ də Konstitusiyaya dəyişikliklərin müzakirəsi prosesi davam edir”.

İyulun 1-də Özbəkistanın Qaraqalpaqıstan Respublikasının paytaxtı Nukus şəhərində etiraz aksiyası olub.

Etirazlara səbəb Özbəkistanın yeni Konstitusiya layihəsində Qaraqalpaqıstan Respublikasının “suverenliyi” ifadəsinin və “respublika xalqının ümumi referendum əsasında ayrılmaq hüququ” cümləsinin silinməsi olub.

Qaraqalpaqıstan Muxtar Respublikasının hakimiyyət nümayəndələri 1 iyul aksiyasını “dövlət orqanlarını ələ keçirməyə cəhd” kimi qiymətləndiriblər.

Onlar iyulun 2-də yaydıqları bəyanatda bildiriblər ki, ictimai iğtişaşların təşkilatçısı olan bir qrup şəxs saxlanılıb:

“Onlar həmçinin hüquq-mühafizə orqanlarına fəal müqavimət göstəriblər”.

Həmçinin bəyanatda deyilir ki, Nukusda “iğtişaşların təşkilatçıları” vətəndaşları inzibati binalar kompleksinin qarşısındakı meydana toplayıb:

“Onlar bununla dövlət qurumlarını nəzarətə götürməyə və cəmiyyətdə parçalanma yaratmağa, Özbəkistanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər. Təhlükəsizlik qüvvələri həmin şəxsləri saxlayıb”.

Lakin bəyanatda aksiyanın hansı səbəbdən baş verdiyinə toxunulmur.

Eyni zamanda, iştirakçılar və saxlanılanların sayı ilə bağlı məlumat yoxdur.

Hadisələr “xaricdən gələn müəyyən qeyri-sağlam qüvvələrin respublikadakı vəziyyətin inkişafına təsir etmək cəhdləri” kimi qiymətləndirilir, məlumatların isə məqsədli şəkildə yayıldığı bildirilir.

“AzadlıqRadiosu”nun Özbək xidməti Qaraqalpaq bölgəsində fəaliyyət göstərən alternativ məlumat mənbələrinə çatımlığın məhdudlaşdırıldığını və həmçinin internetə girişdə problemlərin olduğunu yazıb.

Qaraqalpaqıstandan olan hüquq müdafiəçisi Azimboy Otaniyozov bildirib ki, iyulun 5-də Tajimuratov Özbəkistan Konstitusiyasına edilən dəyişikliklərlə bağlı mitinq keçirməyə icazə verilməsi üçün hakimiyyətə müraciət edib.

Həmçinin Özbəkistanın Daxili İşlər Nazirliyi etirazlara səbəb olan yeni qanun layihəsini “Konstitusiya islahatlarının yanlış şərh edilməsi” kimi xarakterizə edib.

Nazirlikdən verilən məlumata görə, “Nukusun mərkəzi bazarı”nda baş vermiş “qanunsuz nümayişlər”dən sonra ictimai asayişin qorunması məqsədilə “hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib”.

Özbəkistan hakimiyyəti etirazlarda “bəzi vətəndaşları” günahlandırıb.

“Hazırda ictimai asayiş bərpa olunub, vətəndaşların qanun pozuntusuna yol verilməyəcək və onların bütün müraciətlərinə müəyyən edilmiş qaydada baxılacaq”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Bəyanatda etirazçıların tələbləri ilə bağlı heç nə deyilməyib.

Bu, Özbəkistan hökumətinin Özbəkistan Konstitusiyasına dəyişikliklərlə bağlı Qaraqalpaqıstanda keçirilən son etirazlarla bağlı ilk rəsmi bəyanatıdır.

Bildirilir ki, etirazlara yeni redaksiyada Qaraqalpaqıstan Respublikasının “suverenliyi” ifadəsinin və “respublika xalqının ümumi referendum əsasında ayrılmaq hüququ” cümləsinin götürülməsi səbəb olub.

Özbəkistanın yeni Konstitusiya layihəsindən Qaraqalpaqıstanın suveren olmasına dair maddə çıxarılıb və bu, etirazlara səbəb olub.

Etirazlar Özbəkistanın tərkibində olan Qaraqalpaqıstan Muxtar Respublikasının mərkəzi şəhəri Nukusda başlayıb.

Əhali Daşkəndin təklif etdiyi yeni konstitusiya layihəsi ilə razı deyil.

Nukusdan əlavə, etiraz aksiyaları muxtar respublikanın Çimbay və Muynak şəhərlərinə də sıçrayıb.

Özbəkistan hökuməti Konstitusiyanın yeni redaksiyasının layihəsini iyunun 26-da açıqlayıb.

Etirazlar yeni layihədə Qaraqalpaqıstanla bağlı “suveren” sözünün ixtisar edilməsinədir. Həmçinin yeni əsas qanuna görə, Qərbi Özbəkistanın böyük bir hissəsi olan Qaraqalpaqıstan ayrılma ilə bağlı referendum keçirmək konstitusiya hüququndan məhrum ediləcək.

Layihə açıqlandığı gündən Qaraqalpaqıstanın yerli informasiya kanallarında və sosial media şəbəkələrində kütləvi etirazlara çağırışlar edilib.

İyulun 1-dən isə Nukus küçələrinə əllərində Qaraqalpaqıstan Respublikasının bayraqları olan yüzlərcə etirazçı çıxıb.

Qanuna yeni dəyişikliklərlə bağlı layihə nəzəri olaraq iyulun 4-dək ictimai müzakirəyə çıxarılacaq və bundan sonra hakimiyyət referendum tarixini təyin edəcək.

Sənəd onlayn olaraq ortaya çıxandan bəri, iyunun 27-dən Qaraqalpaqıstanda insanlar internetlə bağlı problem yaşadıqlarını bildiriblər.

Daşkənd sakinləri “Messencer” proqramlarından istifadə edərək zəng etməkdə problem yaşadıqlarını söyləyiblər.

İyunun 30-da qonşu Türkmənistanı işıqlandırması ilə tanınan “Turkmen.News” Agentliyi ən azı iki şəhərdəki etirazlardan sonra Daşkəndin Milli Qvardiyanın orada mövcudluğunu genişləndirdiyini bildirib.

Bunu “Telegram” blogeri Dauletmurat Tajimuratovun həbs olunduqdan sonra səsli toplantılar kimi görünən videoları da təsdiqləyir.

Görünür, mətbuat da təzyiq altındadır.

“Gazeta” özəl media orqanı isə iyunun 26-da “Qaraqalpaqstanın statusunun dəyişdirilməsi təklif olunur” başlıqlı xəbəri dərc edib və 24 saat ərzində silib.

Həmin məqalədə konstitusiya layihəsində iştirak edən ekspertlərdən sitat gətirilir ki, “Qaraqalpaqıstanı Özbəkistanın ayrılmaz hissəsi kimi müəyyən etmək” təklifləri hökumətin rəy portalı vasitəsilə respublika sakinlərinin özlərindən gəlib.

“Hook.report” adlı internet saytı “Gazeta.uz“un əvvəllər dərc etdirdiyi və sildiyi konstitusiyaya dair məqaləni və tənqidi məqaləni yenidən çap edib.

“Biz iki xalq bir bütün olduq. Beş il əvvəl Muynak və Botazau şəhərlərini xatırlayırsınızmı? Botazau indi mədəniyyət mərkəzinə çevrilib”, – Özbəkistanın prezidenti Şavkat Mirziyoyev iyunun 30-da Daşkənddə etdiyi çıxışında belə deyib.

“Mən qaraqalpaq xalqına bütün qəlbimlə hörmət edirəm və deyə bilərəm ki, mən təkcə özbək xalqının deyil, qaraqalpaq xalqının oğluyam!”, – deyə prezident bildirib.

Qaraqalpaqların və qazaxların birləşməsinə görə etnik özbəklərin sayından çox olduğu Qaraqalpaqıstan 1925-ci ildə Sovet Qazaxıstanı tərkibində muxtar qurum kimi yaradılıb.

1930-cu ildən 1936-cı ilədək muxtariyyət olsa da, Özbəkistan Sovet Sosialist Respublikasına verilməzdən əvvəl birbaşa Moskvadan idarə olunub.

Özbəkistanın hazırkı konstitusiyasında Qaraqalpaqıstan “suveren” kimi tanınır. Bildirilir ki, bu söz yeni layihədə yoxa çıxıb. Üstəlik, “Qaraqalpaqıstan Respublikasının Konstitusiyası Özbəkistan Respublikasının Konstitusiyasına zidd ola bilməz” cümləsi indi yeni layihəyə “və qanunlar” sözlərini daxil edərək, Daşkəndlə daha sıx birləşməyə işarə edib.

Yeni qanuna əsasən, Qərbi Özbəkistanın böyük bir hissəsi olan Qaraqalpaqıstan ayrılma ilə bağlı referendum keçirmək konstitusiya hüququndan məhrum ediləcək.

Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb, 1930-cu ilədək Qazaxıstan SSR-in tərkibində olub.

Daha sonra Qazaxıstanın tərkibindən çıxarılaraq birbaşa RSFSR-in tabeliyinə verilib.

1936-cı ildə Qaraqalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib.

Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrilib.

1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil edilməsi haqqında 20 illik müqavilə imzalanıb.

Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistanın tərkibindən çıxmaq hüququnu təsbit etsə də, hazırda bu müddəanın ləğv edilməsi təklif olunur.

Əvvəlki məqaləDTX-nin saxladığı gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib
Növbəti məqalədəLukaşenko Ukraynadan ölkəsinə raket atıldığını iddia edib