"Çexiya barədə çox danışmağa ehtiyac yoxdur. Bu komandanı hamı tanıyır. Bizi ağır oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni əldə edək".
Bu sözləri millimizin futbolçusu Rahid Əmirquliyev DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Rəqib baş məşqçi oyunöncəsi mətbuat konfransında Prosineçkini təkcə futbolçu kimi tanıdığını dedi. Oyununuzla Prosineçkini ona məşqçi kimi də tanıtmağa hazırsınız?
- İnanmıram ki, Prosineçkini məşqçi kimi tanımasın. Bu, gülməli gəlir. Sabah meydanda oyunumuzla özümüzü sübut edəcəyik.
- Sabahkı oyunda qələbə qazansaz, qrupdakı yerinizi təmin etmiş sayacaqsız?
- İlk iki oyundan 6 xal qazanmışıq. Bura da yaxşı nəticə əldə etmək üçün gəlmişik. Çalışacağıq, yaxşı nəticə əldə edib, qrupdakı mövqeyimizi saxlayaq.