İdman

AFFA-dan klublara sanksiya xəbərdarlığı

1 dəqiqə
AFFA-dan klublara sanksiya xəbərdarlığı
AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir.
Bu haqda AFFA-nın bu gün yaydığı rəsmi açıqlamada deyilir.
Bildirilir ki, komissiyanın qərarına əsasən, I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər komandalara bu barədə də ciddi tapşırıqlar verəcək.
Oyundan əvvəl hakimlər məşqçilər və  futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq. Komissiya tərəfindən bu istiqamətdə aparılan araşdırmaların nəticələri  AFFA-nın İcraiyyə Komitəsinə  təqdim olunacaq və  bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun