Ana SəhifəİdmanMillimizin sabiq üzvü qol vurdu, Fenerbahçe xal itirdi - VİDEOİdmanMillimizin sabiq üzvü qol vurdu, Fenerbahçe xal itirdi - VİDEO29 avqust 20161 dəqiqəTürkiyə Superliqasının ikinci turunda “Fenerbahçe” öz meydanında “Kayserispor”u qəbul edib. Millimizin sabiq üzvü Ufuk Budak "sarı-qırmızılı" komandanın heyətində “Şükrü Saracoğlu”da "Fenerbahçe"yə qarşı mübarizə aparıb. 82-ci dəqiqədə meydana daxil olan Ufuk, 90-cı dəqiqədə komandasının hesabda önə keçirib - 3:2. Lakin matça əlavə edilən üçüncü dəqiqədə “sarı-lacivərdlilər” heç-heçəyə nail olublar. Bu hesabdan sonra hər iki komanda hərəyə 1 xal toplayaraq, liqanın sonuncu sıralarında qərarlaşıb. Paylaş