İdman

Azərbaycan millisi San-Marinoya qalib gəlib - VİDEO

1 dəqiqə
Azərbaycan millisi San-Marinoya qalib gəlib - VİDEO
Bu gün Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Milli komandamız səfərdə San Marino ilə qarşılaşıb.
Ruslan Qurbanovun yeganə qolu ilə səfərdə qələbə qazanan Azərbaycan yığması, tarixində ilk dəfədir ki, seçmə mərhələyə qələbə ilə başlayır.
Qeyd edək ki, yığmamız “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.
San-Marino - Azərbaycan 0:1 Qol: Ruslan Qurbanov, 45 (0:1)
 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun