İdman

Kamran Ağayev "Porto" ilə matçda debüt edəcək

1 dəqiqə
Kamran Ağayev "Porto" ilə matçda debüt edəcək
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün Portuqaliyanın "Boavista" klubunun heyətində ilk dəfə meydana çıxacaq.
Bu barədə Ağayevin keçmiş klubu "Sumqayıt"ın meneceri Ceyhun Sultanov məlumat verib.
Sultanovun sözlərinə görə, Ağayev onunla əlaqə saxlayaraq, "Porto" ilə bu gün baş tutacaq Portuqaliya çempionatı matçında adının start heyətə daxil edildiyini bildirib. Təcrübəli qapıçı, həmçinin yığmanın digər üzvü Emin Mahmudovun Porto derbisində "18-liy"ə belə daxil edilmədiyini söyləyib.
Bakı vaxtı ilə saat 22:00-da başlanacaq "Porto" - "Boavista" matçı CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun