İdman

"Qəbələ" "Neftçi"ni biabr etdi - VİDEO

1 dəqiqə
"Qəbələ" "Neftçi"ni biabr etdi - VİDEO
Topaz Premyer Liqada IV turun oyunları davam edir.
Bu tur çərçivəsində növbəti oyun baş tutub.
Mövsümə uğursuz başlayan "Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edib. “Əlincə Arena”da keçirilən qarşılaşmada "Qəbələ" 8:0 hesabı ilə qalib gəlib.
“Qırmızı-qaralar” Premyer Liqadakı çıxışı tarixində ən böyükhesablı qələbəsini əldə edib. Topaz Premyer Liqasının IV turunun “Neftçi” ilə səfər oyununda 8:0 hesabı ilə qalib gələn “Qəbələ” bunadək ən böyük qələbəsini 6 top fərqilə qazanmışdı. 2007-ci ildə noyabrın 11-də səfərdə “Gənclərbirliyi”ni, 2015-ci il oktyabrın 4-də öz meydanında “Xəzər Lənkəran”ı 6 cavabsız qolla məğlub edən “Qəbələ” rekordunu 2 top yaxşılaşdırıb.
Bu, komandanın Premyer Liqada 22-ci böyükhesablı qələbəsidir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun