İqtisadiyyat

Neft bahalaşdı, qaz ucuzlaşdı

1 dəqiqə
Neft bahalaşdı, qaz ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 0,68% artaraq 1 barelə görə 64,1 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,73% artaraq 60,62 dollar təşkil edib.

Bununla bərabər, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti enib.


Mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,11% azalaraq 2,62 ABŞ dolları təşkil edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun