Cəmiyyət

Oğuzda yenə yanğın başladı

1 dəqiqə
Oğuzda yenə yanğın başladı
Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub.
Nazirlikdən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun