İqtisadiyyat

Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

1 dəqiqə
Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 912 milyon manat və yaxud 1 125 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.

Bu, gələnilki büdcə xərclərinin 6,6%-i deməkdir.

2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 13% azalacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun