Dünya

Putin nüvə silahının mümkün tətbiqi barədə: "Rusiya dəli olmayıb"

1 dəqiqə
Putin nüvə silahının mümkün tətbiqi barədə: "Rusiya dəli olmayıb"

Rusiya Prezidenti Vladimir Putin

Putin nüvə silahından müdafiə vasitəsi kimi istifadə edə biləcəklərini deyib

“Dünyada nüvə silahından istifadə təhlükəsi artır, lakin Rusiya dəli olmayıb və hələ də onu müdafiə vasitəsi olaraq görür”. 

Bunu Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurası ilə onlayn görüş zamanı deyib.

V. Putin Ukraynadakı müharibənin nəticələri barədə danışarkən deyib ki, bu, “yeni ərazilər ələ keçirdikləri uzun sürən proses" ola bilər.

“Kütləvi qırğın və nüvə silahlarını müdafiə vasitələrindən istifadə strategiyamız hesab edirik. Bu strategiya cavab zərbəsi əsasında qurulub. Bizə zərbə endirilərsə, buna cavab verəcəyik” – Vladimir Putin deyib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun