Siyasət

Rusiya sülhməramlıları Azərbaycanla birlikdə mini gömrük postu quraşdıracaq

1 dəqiqə
Rusiya sülhməramlıları Azərbaycanla birlikdə mini gömrük postu quraşdıracaq

"Əsgərlərimiz gətirilən yük bağlamalarına açıb baxırlar, amma hansısa yükün altında nələrsə keçirə bilərlər”

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov bildirib ki, Laçın yolunun girişində mini gömrük postu quraşdırılması ilə bağlı Azərbaycanla razılıq əldə olunub.

Onun sözlərinə görə, girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirilməsi nəzərdə tutulub:

“Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Əsgərlərimiz gətirilən yük bağlamalarına açıb baxırlar, amma hansısa yükün altında nələrsə keçirə bilərlər” - deyə Volkov vurğulayıb.

Volkov qeyd edib ki, gömrük postu qurulandan sonra işin effektivliyi artıracaq və hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun