Siyasət

Azərbaycan XİN: "ABŞ-la əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik"

1 dəqiqə
Azərbaycan XİN: "ABŞ-la əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik"

Bu gün, fevralın 28-də Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Twitter-də məlumat paylaşıb.

"Bu münasibətlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və ABŞ əlaqələrinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik", - paylaşımda qeyd edilir.


Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib. Onun 1918-ci ildən 1920-ci ilə qədər mövcud olan və Rusiyanın işğalı nəticəsində son qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu açıqlanıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun