Siyasət

Rusiya XİN: “Delyaginin Azərbaycanla bağlı fikirləri yolverilməzdir”

1 dəqiqə
Rusiya XİN: “Delyaginin Azərbaycanla bağlı fikirləri yolverilməzdir”

Rusiyanın Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatı Mixail Delyaginin yerli televiziya kanallarından birində Azərbaycanla bağlı verdiyi səriştəsiz və cəfəng açıqlamalara münasibət bildirib.

“Deputat Delyaginin Azərbaycan, xüsusən Qarabağla bağlı fikirləri Moskvanın mövqeyi ilə uyğun gəlmir, bu cür açıqlamalar yolverilməzdir”, - deyə Rusiya XİN-dən vurğulanıb.

Rusiyalı deputat Azərbaycanı “proksi-dövlət” adlandırmış və ölkəmizin neft sənayesini vurmağı təklif etmişdi.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun