Siyasət

Xarkova hava zərbələri nəticəsində Azərbaycan konsulluğunun binası dağıntılara məruz qalıb

1 dəqiqə
Xarkova hava zərbələri nəticəsində Azərbaycan konsulluğunun binası dağıntılara məruz qalıb

Azərbaycan Respublikasının Xarkovdakı konsulluğunun binası hava zərbələrindən sonra dağıntılara məruz qalıb. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Xarkov şəhərində Azərbaycan Respublikasının fəxri konsulluğu  yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb.


Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.


Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun