Dünya

Daxili Qoşunların hərbçisi Ağdamda minaya düşüb

1 dəqiqə
Daxili Qoşunların hərbçisi Ağdamda minaya düşüb

Ağdamda mina partlaması nəticəsində Daxili Qoşunların hərbçisi xəsarət alıb.

Hadisə Çəmənli kəndi ərazisində qeydə alınıb.

Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşərək xəsarət aldığı bildirilir. O, hospitala yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq ediblər. Bildirilib ki, hərbi qulluqçu hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun