Dünya

Rusiyanın Polşadakı səfirinin üstünə boya atılıb

1 dəqiqə
Rusiyanın Polşadakı səfirinin üstünə boya atılıb

Rusiyanın Polşadakı səfirinin üstünə qırmızı boya atılıb.

Hadisə səfir Sergey Andreyevin Varşavada dəfn edilmiş sovet döyüşçülərinin məzarlığına əklil qoyması zamanı baş verib.

Əllərində Ukrayna bayrağı tutan etirazçılar səfiri və onu müşaiyət edən şəxslərə qırmızı boya atıblar.

Səfir polisin müşayiəti ilə məzarlığı tərk edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun