Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə bölmələrindən birinin döyüşçüləri Rusiya ilə dövlət sərhədinə çatıblar. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələrinin Xarkov ərazi müdafiə qüvvələrinin 127-ci briqadasının 227-ci batalyonu rusları sıxışdırıb çıxararaq dövlət sərhədinə çatıblar", - nazirlik Facebook-da bildirib.
Müdafiə Nazirliyi ukraynalı hərbçilərin sərhəd postunda dayandığı videonu paylaşıb. Videoda onlar Ukrayna lideri Volodimir Zelenskiyə müraciət edərək deyirlər: “Biz çatdıq, cənab prezident! Biz buradayıq. Sərhəddəyik”.
[video width="640" height="352" mp4="https://www.abzas.net/wp-content/uploads/2022/05/telegram-cloud-document-2-5190953591988295811.mp4"][/video]
