Dünya

İranda SEPAH-ın avtomobili partladılıb, ölənlər və yaralananlar var

1 dəqiqə
İranda SEPAH-ın avtomobili partladılıb, ölənlər və yaralananlar var

İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) məxsus avtomobil partladılıb.

Hadisə Güney Azərbaycanın Urmiya bölgəsinin dağlıq sərhədyanı bölgəsində baş verib.

Nəticədə bir neçə nəfər ölüb və yaralanıb.

Məlumata görə, SEPAH-ın avtomobilinin keçdiyi yola partlayıcı quraşdırılıb və nəqliyyat vasitəsi keçən zaman partladılıb. İlk partlayışdan sonra daha biri də törədilib.

Hadisədən sonra bölgədə qvardiyanın PUA-ları patrul xidməti keçməyə başlayıb.

İranın rəsmi mənbələri hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, PKK terror qruplaşmasının İran üzrə qolu olan “Pejak” ölkənin Qərbi Azərbaycan bölgəsində tez-tez terror aktları törədir.

(Report)

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun