Siyasət

Ceyhun Bayramov: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərinin yerinə yetirilməsini gecikdirir"

1 dəqiqə
Ceyhun Bayramov: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərinin yerinə yetirilməsini gecikdirir"

Ermənistan Zəngəzur dəhlizi məsələsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gecikdirir, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Eyni zamanda o vurğulayıb ki, istənilən halda Bakı Naxçıvanla nəqliyyat əlaqəsi yaradacaq.

“Artıq Araz çayı üzərindən ilk körpünün tikintisinə başlanılıb. Yəni, bizim Naxçıvanla alternativ nəqliyyat əlaqəmiz var”, - deyə Turan agentliyi Bayramovun sözlərini sitat gətirir.

Azərbaycan XİN rəhbəri əlavə edib ki, “Ermənistana sadəcə olaraq regional əməkdaşlıqdan kənarda qalmamaq şansı verilib, Yerəvan düzgün qərar qəbul etməsə, zərər özünə dəyəcək”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun