Dünya

Rusiyada məktəbdə atışma olub

1 dəqiqə
Rusiyada məktəbdə atışma olub

Beşi məktəbli olmaqla 10 nəfər ölüb

Rusiyanın Udmurtiya vilayətinin İjevsk şəhərində bir məktəbdə silahlı atışma olub. “Baza” nəşrinin məlumatına görə, nəticədə 10 nəfər ölüb, onlardan beşi məktəblidir. 20 nəfərin yaralandığı bildirilir.

Nəşr xəbər verir ki, dərs gedən zaman qara geyimli bir kişi atəş açmağa başlayıb. 

Udmurtiyanın valisi atəş açan şəxsin intihar etdiyini bildirib.

Atıcının intihar etməsi ilə bağlı məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun