Bazar ertəsi, 14 Oktyabr, 2019
Azərbaycanda qanlı 1937-ci il repressiyasının bir parçası da "Şamaxı işi"dir. Bu iş "fəhlə-kəndli inqilabı" kimi süsləndirilmiş bir totalitar rejiminin çox sayda günahsız, ləyaqətli, azadlıqsevər insanla bərabər, "öz balalarını" da necə görməmişliklə, amansızlıqla "udduğunun", məhv etdiyinin parlaq örnəyidir. “Şamaxı işi” 1937-ci il oktyabrın 27-də start götürdü. Cəmi beş gün sürdü. 2 noyabradək davam...
1-ci epizod O, 1878-ci il fevral ayının 12-də Qazax mahalının Çaylı kəndində anadan olmuşdu. İlk təhsilini anadan olduğu kənddəki mollaxanada almışdı. Qazaxda dördillik rus-tatar məktəbini başa vurduqdan sonra təhsilini Qori Müəllimlər Seminariyasında davam etdirir. Bəy nəslindən olduğuna görə seminariyaya qəbulu çox çətinliklə, dayısının səyləri nəticəsində baş tutur. 1893-cü ildə dövrünün ən nüfuzlu...
İsrailin milli kitabxanası yəhudi mənşəlli çex yazıçısı Frans Kafkaya aid əlyazmaların növbəti, həm də sonuncu hissəsini əldə edib. Bu haqda Associated Press agentliyi məlumat yayıb. Məlumata görə kitabxanaya Kafkanın "Kəntdə toy hazırlığı" adlı hekayəsinin əlyazması daxil olub. Bundan əlavə Kafkanın ivrit dilində qeydlər apardığı dəftəri, dostarının ona yazdığı yüzlərlə şəxsi...
Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk qaradərili qadın yazar Toni Morrison 88 yaşında vəfat edib. O, Nobeldən əlavə 1987-ci ildə "Sevilən" (Beloved) romanı ilə Pulitzer mükafatına da layiq görülüb. Morrisonun ölüm xəbərini "Alfred A. Knopf" nəşriyyatı yayıb, ancaq səbəbi haqda heç bir əlavə məlumat verilməyib. Morrisonun dünya ədəbiyyatına qazandırdığı ən...
1-ci epizod 1888-ci ildə Göyçay mahalının Potu kəndində, Sədrəddin Əfəndinin ocağında yeni bir körpə dünyaya gəlir. Adını "Qafur" qoyurlar. Sədrəddin Əfəndi çağının mütərəqqi görüşlü insanlarından biri idi. "Sədi Salis" təxəllüsü ilə şeirlər də yazar, savadlanmaya böyük önəm verərmiş. Qafur ilk təhsilini elə atasının müəllim işlədiyi mədrəsədə alır. Klassik Şərq ədəbiyyatını dərindən öyrənir. Sədrəddin...
1-ci epizod: "Bismillah", "Hacı Qara", "Gilan qızı", "Məhəbbət oyunu" filmlərini çəkib, beləcə, adı mədəniyyət tarixinə ilk kino rejissorumuz kimi düşüb. 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində anadan olub. Atası Mirzəı Rəsul böyük şair və maaarifçi Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyirdi və dövrünün irəligörüşlü insanlarından...
Mustafa kişi bu səhər yuxudan yaman narahat oyanmışdı. Elə bil yekə bir boşluq ağrı olub dolmuşdu qarnının içinə. Gecə ilə səhərin arasında, torpaq hələ canındakı istiliyi son nəfəs kimi havaya tapşırmamışdan bir xeyli qabaq çarpayısından diyirlənib sağ böyrü üstə döşəməyə necə dəymişdisə, özü də mat qalmışdı bu işə. Bir...
Ədəbi dairələrdə “İkinci Mahmud” təxəllüsü ilə ilə tanınan gənc yazıçı Mahmud Atakişiyev vəfat edib. Bu barədə onun dostları sosial şəbəkədə xəbər yayıblar. Məlumata görə, yazıçının nəşi dəfn olunması üçün yaxınlarının yaşadığı Ağstafa rayonunun Muğanlı kəndinə aparılıb. M.Atakişiyev bu gün Bakının Xətai rayonundakı evində ürəktutmadan vəfat edib. Onun meyitini  evdə həyat yoldaşı...
Böyük Azərbaycan yazıçısı və mütəfəkiri Mirzə Fətəli Axundzadənin seçilmiş əsərləri ABŞ-da ingilis dilində çap edilib. Tanınmış alim Həsən Cavadinin redaktorluğu ilə ‘Mazda Publishers’ nəşriyyatında çapdan çıxan kitabda M.F.Axundzadənin ‘Hacı Qara’, ‘Müsyo Jordan və Dərviş Məsətli Şah’, ‘Kimyagər’ və başqa əsərləri yer alıb. Redaktorun yazdığı geniş Ön sözdə M.F.Axundzadə 'Müasir Azərbaycan və...
Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus İntiqam Əliyev daha bir romanını oxuculara təqdim edib.  İntiqam Əliyev Abzas-a açıqlamasında bildirib ki, bədii əsər avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir. Müəllifin sözlərinə görə, opponentlərini sıradan çıxarmaq üçün ixtiyar sahiblərinin hər vasitəni məqbul saydığı ölkədə sistem daim əclaf istehsalı ilə məşğuldur. "Bu...