Çərşənbə, 18 Sentyabr, 2019
Azərbaycan dilində nəşr olunan ilk elmi-kütləvi kitab - Zamanın daha qısa tarixi. Stephen Hawking-in və Leonard Mlodinovun yazdığı Zamanın daha qısa tarixi kitabı Aristoteldən Nyutona, Eynşteyndən müasir günümüzə qədər elmdəki yenilikləri geniş oxucu kütləsi üçün anlaşıqlı dildə addım-addım izah edir. Kitab oxucuya kvant fizikası, qara dəliklər, sinqulyarlıqlar, soxulcan dəlikləri kimi...
Seymur Baycan ...Müharibədə günlər müxtəlif olur. Elə günlər olur ki, itkinin çoxluğundan adamlar keyləşirlər və hissiyyatlarını o dərəcədə itirlər ki, başlarına gələnləri  ancaq özlərinə gəldikdən sonra tədricən dərk etməyə və həlak olanların hamısını təzədən birəbir xatırlamağa başlayırlar. Elə günlər olur ki, hər dəfə hücum gözləyən zaman mümkün qədər az adam itirməyə...
Bəxtiyar Hidayət Anadan olduğum və cəmi 17 il yaşadığım Yuxarı Əskipara kəndi dünyanın cənnət məkanlarından biri idi. Azərbaycanda üç anklav kənd var- Naxçıvanda Kərki kəndi və Qazaxda Yuxarı Əskipara ilə Barxudarlı kəndi. Bizdən Aşağı Əskiparaya qədər 7 km məsafə erməni ərazisi idi. Kənd sakini rəhmətlik Qəmbər babadan soruşmuşdum bu ara...
Tənqidçi Oğuz Demiralp Orhan Pamukun səliqəsiz yazdığını, yanlış söz və deyimlərdən yararlandığını düşünür Kitabına Orhan Pamukun məşhur “Cevdet bəy və oğulları”na uyğun “Orhan Bəy və kitabları” adını verən Oğuz Demiralp Orhan Pamukun səliqəsiz yazdığını, yanlış söz və deyimlərdən yararlandığını deyir. “Bir oxucu olaraq, təəssüf ki, Pamuku, üslub ustası kimi görə...
Görkəmli serb yazıçısı İvo Andriçin (1892–1975) “Drina körpüsü” kitabı işıq üzü görüb. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr edilib. “Drina körpüsü” romanı 1961-ci ildə yazıçıya Nobel mükafatı qazandırıb. Kitabı serb dilindən professor Cəlil Nağıyev tərcümə edib. Əsər Osmanlı İmperiyasının böyük vəziri, əslən bosniyalı Sokollu Mehmet paşanın orta əsrlərdə Bosniyanın ucqar vilayətlərindən birində – Vişeqradda,...
Hekayə Bütün  gecəni səhərə qədər qışqırtı, çığırtı səsləri kəsilmədi. Ancaq bu çığırtının insandan, yoxsa heyvandan gəldiyini kəsdirə bilmədim. Ertəsi günü qonşu qadınlardan qışqıranın qonşuluqdakı Sara Longo adlı qadın olduğunu öyrəndim. Qadınların dediyinə görə Sara Longo gecə yuxuya gedəndən sonra onun üçaylıq oğlunu oğurlayıb yerinə başqa uşaq qoymuşdular. Mən heyrətimi gizlədə bilməyib...
(kiçik hekayə) Tuneldə qatar dayanmaq üzrədir. Ətalətli ləngərdən müvazinətimi itirib, sərxoş adamlar kimi səntirləyirəm. Əlimdəki kitabı bel çantama dürtə-dürtə yıxılmamağa, qollarımı havada oynadaraq haradan gəldi tutmağa, yapışmağa çalışıram. Vaqon dərin bir nəfəs alaraq, fısıltıyla dayanır. Açılmış qapıların şaqqıltısıyla, bir-birinə yapışmış tərli, acıqlı sərnişinlərin perrona, perrondakılarınsa içəriyə təpilməsi eyni anda baş verir....
Seymur Baycan                     Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloş müəllifi olduğu “Kölə edilmiş ağıl” əsərinin sonlarında “Niyə sosialist Polşasına qarşı çıxdım” sualına cavab axtarır və belə bir hadisə yazır: “... Mənim həqiqi xoşbəxtlik üçün imkanlarım vardı. Müharibənin dağıntılarından sonra yenidən inşa edilən...
Volter Fransanın XVIII əsr maarifçilərinin ən görkəmli nümayəndələrindən biridir. Volter hər zaman bütün insanların qanun qarşısında bərabər olmasını tələb edirdi. Bu məqalədə Volterin məşhur sitatları toplanılıb. Həmin sitatları təqdim edirik. Kişilər qadınlara zəif olmağı öyrətməlidirlər, çünki qadınlar kişilərsiz də güclü olmağı bacarırlar. Optimizm əslində hər şeyin pis olduğu vaxtda...
Əksər elmi kitablar oxunmaq üçün yazılmır. Ancaq publisist Douglas Hunter hesab edir ki, bunu dəyişməyin vaxtı çatıb. Yanvarda William və Mary Kollecinin professoru, tarixçi Karin Wulf özünün "Vast Early America" adlı bloqu üçün “Beşcə asan addıma elmi kitabı necə yazmalı" adlı material hazırlayıb. Çox zaman doktorantura tələbələri dərsləri üçün o qədər şey oxumalı...