Cümə axşamı, 19 Sentyabr, 2019
Bizim doqquzmərtəbənin görüm dairəsində yastı-yapalaq gecəqondular var. Sahibləri özlərindən hündür bu gecəqonduların qabağında - kiçik süfrə kimi həyətləri. Hər həyətin də diz gözü bərabəri - şiferdən-taxtadan çəpərləri. Burdakı ailələr siyahıyaalmada barmaqsayı simvolik çəpərlərlə hesablana bilər. Soldan dördüncü, sağdan beşinci gecəqondunun sakinləri səliqə-sahmanlıdır - evi əhatələyən al-əlvan güllər çəpərə paralel yarımçevrə...
Mən açıq deyirəm, əlamətdar Qolf Yarışlarının ölkəmizdə keçirilməsinə sevinməyənlərin qanını yoxlatmaq lazımdır. Mövlud Mövlud Müəllimlik müqəddəs peşədir 1. Şükür müəllim beşcə dəqiqə gecikən kimi Bahadur müəllimin dəfi dönürdü, bağırtısı həyəti başına götürürdü: – Səndən adam olmayıb, olmayacaq da! Arvadı onu yalvar-yaxarla, birtəhər kiridirdi: – Bəsdi, bəsdi, sən Allah, incitmə camaatı! – Yaxşı da, yaxşı, ağrıyırdım, çıxa bilmirdim...