Çərşənbə, 5 Avqust, 2020
Ədəbiyyat üzrə Nobel mükafatlarını təqdim edən akademiyanın daha bir üzvüötən həftənin çərşənbə günü qurumu tərk etdiyini bildirib. Qeyd edək ki, akademiya ətrafında yaranmış cinsi qısnama və maliyyə cinayətləri qalmaqalı daha öncə bu mötəbər qurumun bir neçə başqa üzvünün də istefasına səbəb olmuşdu. Jayne Svenungsson ötən il qalmaqal başlanandan 18 üzvü olan...
Yazıçı-publisist Rafiq Tağı ölümünün 5-ci ildönümündə məzarı başında yad edilib.  Noyabrın 23-ü Nida Vətəndaş Hərəkatının təşəbbüsü ilə ölümünün il dönümündə Rafiq Tağının məzarı başında anım mərasimi keçirilmişdir. Mərasimdə yazıçının ailə üzvləri, yaxınları, həmkarları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Xatırladaq ki, tanınmış yazıçı Rafiq Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxslər tərəfindən bıçaqlanmışdır....
Kənan Moylamlı Hal-hazırda yaşadığım və çalışdığım ölkəylə doğulub-böyüyüb adam olduğum ölkə arasında paralellər aparmağı sevməsəm də bəzən bu, qaçılmaz olur. Hadisələr məcburən səni o istiqamətə yönəldir. Son baş verənlər barədə nə qədər susmağa çalışsam da alınmadı. İşlədiyim klinika psixiatriyanın mühüm sahələrindən biri sayılan Məhkəmə Tibbi Psixiatriya üzrə ixtisaslaşıb və məlum məsələdir...
Bəxtiyar Hidayət  Mitinqçi qızlara (Zəlimxana nəzirə) Bu gözəlin baş vurduğu, Yola bax, Allah, yola bax. Buxağında təpik izi Xala bax, Allah, xala bax. Dönmədi, yolunda qaldı, Nadanın dilində qaldı, Polisin əlində qaldı, Telə bax, Allah, telə bax. Qıvrılır yazıq, yerində, Sınıq var üzük yerində, Qandal- bilərzik yerində, Qola bax, Allah, qola bax. Gör nə qovğa, qal eyləyib, Qan yanağın al eyləyib, Dəyənəklər zol eyləyib, Belə bax, Allah,...
Küləklər şəhərinin tarixi, lap qədim tarixi həmişə mənə maraqlı gəlib. Elə bir tarix ki, onda adamlar hələ təzə-təzə küləyə, dənizə, qağayılara ad verirlərmiş. Bax bir də o yaşlarında tanımaq istəyirəm Bakını. Mənim gördüyüm ən qədim liman şəklində iki tacir və taxta gəmi var idi. Qədim Bakı mənim üçün o gəmidən...
Fransada yaşayan gənc yazıçı Nicat Kazımov tanınmış fransız yazıçı Jan Pol Sartrın və Albert Kamyunun Üzeyir Hacıbəyovun qardaşı oğlu Timuçin Hacıbəyliyə yazdığı məktubun tərcüməsini və görüntüsünü yayıb.  Nicat Kazımov bildirib ki, Jan Pol Sartrın Timuçin Hacıbəyliyə yazdığı məktubu tərcümə edib. Onun sözlərinə görə, Timuçin Hacıbəylinin Sartre və Kamyu ilə...
300 il əvvəl Londonda Daniel Defonun Robinzon Kruzo əsəri işıq üzü görüb. Kitab bütün dünyada bestsellerə çevrilir. Lakin əsərin qəhrəmanının prototipinin gerçək olduğunu hər kəs bilmir. 1719-ci il, 25 apreldə Daniel Defonun “Yorklu dənizçi Robinzon Kruzonun həyatı və inanılmaz macəraları…“ (bu, hələ əsərin tam adı deyil) romanı işıq üzü görür...
(kiçik hekayə) Tuneldə qatar dayanmaq üzrədir. Ətalətli ləngərdən müvazinətimi itirib, sərxoş adamlar kimi səntirləyirəm. Əlimdəki kitabı bel çantama dürtə-dürtə yıxılmamağa, qollarımı havada oynadaraq haradan gəldi tutmağa, yapışmağa çalışıram. Vaqon dərin bir nəfəs alaraq, fısıltıyla dayanır. Açılmış qapıların şaqqıltısıyla, bir-birinə yapışmış tərli, acıqlı sərnişinlərin perrona, perrondakılarınsa içəriyə təpilməsi eyni anda baş verir....
1958-ci ildə tanınmış alman psixoanalitiki və sosioloqu Erich Fromm ABŞ-da Mike Wallace-nin verilişinə qatılır. O kapitalizmin təhlükəsi, niyə sevgi hissini itirməyimiz, niyə işimizə nifrət etməyimiz və kimliyimizi bazarda mal kimi satmaq məcburiyyətində qalmağımız haqda danışıb. "Kapitalistlərin bolluq içində yaşamaq arzuları insanlığı doğru yolundan azdırıb. Biz təbiət üzərində hökmranlıq etməyə başladıq...
Azərbaycanın tanınmış ziyalısı, şair, publisist Əli Nasir vəfat edib. Əli Nasir 1955-ci il mayın 1-i Lənkəranda anadan olub. Qeyd edək ki, 90-cı illərin əvvəllərində milli azadlıq hərəkatının fəallarından olan Ə.Nasir "Ey Ana Vətən" marşının müəllifidir.