Bazar ertəsi, 21 Sentyabr, 2020
Azərbaycan dilində nəşr olunan ilk elmi-kütləvi kitab - Zamanın daha qısa tarixi. Stephen Hawking-in və Leonard Mlodinovun yazdığı Zamanın daha qısa tarixi kitabı Aristoteldən Nyutona, Eynşteyndən müasir günümüzə qədər elmdəki yenilikləri geniş oxucu kütləsi üçün anlaşıqlı dildə addım-addım izah edir. Kitab oxucuya kvant fizikası, qara dəliklər, sinqulyarlıqlar, soxulcan dəlikləri kimi...
Boris Akunin Bu müdrik fikrin sahibinin kim olduğunu bilmirdim. Məlum odu ki ("google" sağ olsun) həmin Lev Rubinşteynmiş. Mənası aydındır. Nə zamansa, hansısa məşhur insan ləyaqətli həyat yaşayır, hörmətə, şöhrətə sahib olur, amma sonra qəfildən elə bir şey edir ki, həmin adama əvvəlki münasibəti göstərmək olmur. Və hamı bir ağızdan...
Hollywood-da Mixail Bulqakovun "Master və Marqarita" romanı əsasında tammetrajlı film çəkilməsi planlaşdırılır. Bu barədə Deadline məlumat verir. Filmin prodüserləri daha öncə "Hot Tub Time Machine" filminin prodüseri Grace Loh və "Əfsanə N.17" filminin prodüseri Svetlana Miqunova-Dali olacaq. Filmin rejissoru və aktyor tərkibi açıqlanmayıb. İcraçı prodüserlərdən birinin isə Woodstock musiqili festivalının yaradıcısı Michael...
Elçin Şıxlı “Canavarı görən saqqallı qərib kişi dirçəldi və canavara  diqqətlə baxıb birdən “Alan” deyə pıçıldadı. Elə bil canavar bu sözü eşitdi. İtin qan yaddaşı hərəkətə gəldi. Keçəl Xondulunu öldürdükdən və uzun müddət meşədə tək yaşadıqdan sonra canavar sürüsünə qoşulmuş və oralara hərlənən bir insan övladı gördükdə üstünə atılmışdı. Ona...
Vahid MƏHƏRRƏMOV Payız gəlir... İsti, qızmar yaydan sonra ilıq payızın bu ləngərli gəlişi, qədəmlərini asta-asta atması nədənsə, mənə bir əsərdən başqa bir əsərə, yaxud nəzmdən nəsrə keçidi xatırladır. Payızın həm həyatımıza, həm də təbiətə dəyişiklik, yenilik gətirir. Yay öz gözəllikləri ilə bizimlə sağollaşıb bütün ixtiyarı payıza verir. Payız da sevinə-sevinə ilk...
Yazıçı Pərviz Cəbrayılın yeni kitabı "Məryəm surəsi" romanı "Qanun" nəşriyyatı tərəfindən nəşr olunub.  Sayca müəllifin dördüncü kitabı olan "Məryəm surəsi" romanının  redaktoru Hədiyyə Şəfaqət, kitabın örtük rəsminin müəllifi ilə Milanda yaşayan həmyerlimiz Elay Adamdır. Pərviz Cəbrayıl açıqlamasında bildirib ki, kitab təqdimatlarını sevmədiyi üçün oxucularını sevindirə bilməyəcək. Amma nəşriyyat tərəfindən imza günü...
Bəxtiyar Hidayət Anadan olduğum və cəmi 17 il yaşadığım Yuxarı Əskipara kəndi dünyanın cənnət məkanlarından biri idi. Azərbaycanda üç anklav kənd var- Naxçıvanda Kərki kəndi və Qazaxda Yuxarı Əskipara ilə Barxudarlı kəndi. Bizdən Aşağı Əskiparaya qədər 7 km məsafə erməni ərazisi idi. Kənd sakini rəhmətlik Qəmbər babadan soruşmuşdum bu ara...
Astrid Lindqren 1978-ci ildə Alman Kitab Ticarətinin Sülh Mükafatına layiq görülüb. Təqdimat zamanı o, bir sıra Avropa ölkələrində xeyli səs-küyə səbəb olan məşhur "Şiddətə yox!" nitqi ilə çıxış edib. Hazırda buna inanmaq çətin olsa da 1970-ci illərdə bir çox Avropa ölkələrində uşaqların fiziki şiddətlə cəzalandırılması adi hal hesab olunurdu. 1979-cu...
1958-ci ildə tanınmış alman psixoanalitiki və sosioloqu Erich Fromm ABŞ-da Mike Wallace-nin verilişinə qatılır. O kapitalizmin təhlükəsi, niyə sevgi hissini itirməyimiz, niyə işimizə nifrət etməyimiz və kimliyimizi bazarda mal kimi satmaq məcburiyyətində qalmağımız haqda danışıb. "Kapitalistlərin bolluq içində yaşamaq arzuları insanlığı doğru yolundan azdırıb. Biz təbiət üzərində hökmranlıq etməyə başladıq...
Seymur Baycanın “Mənim mübarizəm” silsiləsindən növbəti, altıncı kitabı nəşr olunub. "Mənim mübarizəm 6" kitabında yazıçının son illərdə yazdığı məqalələr, esselər, müsahibələri yer alıb. Kitab "Alatoran" nəşriyyatında işıq üzü görüb.