Şənbə, 14 Dekabr, 2019
Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək. Bu açıqlama ilə İsveç Akademiyası çıxış edib. Səbəb mükafatın mövcud olunduğu 100 ildən də çox bir müddət ərzində üzləşdiyi ən böyük qalmaqaldır. Akademiya mayın 4-də bildirib ki, bu ilin mükafatı 2019-cu ildə veriləcək. Akademiyanın idarə heyətindən bir neçə nəfər seksual zəmində nalayiq hərəkətlərlə bağlı iddialara...
Günel Natiqin “Göz yaşları içində təbəssüm” məqaləsini təqdim edirik. - Əziz bəy, “Nesin” soyadı nələri ifadə edir? - 1934-cü ildə soyad qanunu çıxdı. Hər kəs soyadını özü seçməliydi. İnsanların natamamlıq kompleksi üzə çıxdı; dünyanın ən xəsis adamı “Əliaçıq”, ən qorxağı “Ürəkli”, ən tənbəli “Çalışqan” soyadını götürdü. Bir müəllimimiz vardı, elə astagəl idi...
"Yaşamaq elminin dörd qaydası" esse “Sizə köhnə mənəvi dəyərlərin keçmişdə qaldığını təlqin eləyiblər. Bu yalandı. Əgər müasir insana diqqətlə baxsanız, söz örtüyünün altında tapdığınız insanın bütün dövrlərdə eyni olduğunu görəcəksiniz. Yazıçılar klassik mədəniyyətin sona çatdığını bağırırlar. “Faktlar amansızdı, - onlar deyirlər. - Qətiyyən şübhə yoxdu ki, XX əsr bəşəriyyətin beşminillik inkişaf mərhələsinin...
Seymur Baycan                     Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloş müəllifi olduğu “Kölə edilmiş ağıl” əsərinin sonlarında “Niyə sosialist Polşasına qarşı çıxdım” sualına cavab axtarır və belə bir hadisə yazır: “... Mənim həqiqi xoşbəxtlik üçün imkanlarım vardı. Müharibənin dağıntılarından sonra yenidən inşa edilən...
Seymur Baycan Bir tədbirdə iştirak etdim. Tədbirin təşkilatçıları iştirakçılara üstündə çəngəl-bıçaq rəsmi olan çeklər payladılar. Bu çeklərlə tədbir iştirakçıları axşam saat dörddən yeddiyə qədər vaxt arasında X. adlı restoranda yemək yeyə bilərdilər. Burda kiçik və o qədər də zəruri olmayan bir haşiyə çıxıb bildirmək istəyirəm ki, çəngəl-bıçaq rəsmi dünyada ən...
Azərbaycanlılar hansısa xarici ölkədə korrupsiyaya görə istefa verən prezident, rüşvətə görə tutulan nazir, sadə mənzildə yaşayan, işə velosipedlə gedib-gələn məmur haqqında oxuyanda heyrətlənirlər, hədsiz həsəd hissi ilə “o əjdahadan niyə bizdə də olmadığı” barədə fikirləşirlər. Burada “fikirləşirlər” sözü bir az yersiz təsir bağışlaya bilər, çünki istər-istəməz adamın ağlına belə...
İyun ayının 14-də Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr” kitabının təqdimatı keçiriləcək. Təqdimat mərasimi saat 17:00-da başlayacaq, 19:00-a qədər davam edəcək. Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən kitabın tərcüməçisi şair Qismətdir. "Rus ədəbiyyatından mühazirələr” Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən 18-ci kitabdır.
Məhəmməd Əmin Rəsulzadənin Stalinin ölümündən sonra onunla bağlı bütün xatirələrini əks etdirən kitab yenidən nəşr olunub. Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda...
“Çətirsiz”in təqdimatı mayın 27-də olacaq Mayın 27-də mərhum gənc yazıçı Mövlud Mövludun “Çətirsiz” adlı hekayələr kitabının təqdimatı keçiriləcək. Saat 12.00-dan 14.00-dək davam edəcək təqdimat mərasimi M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında olacaq. Kitabın satışından əldə olunan gəlir Mövlud Mövludun övladına bağışlanacaq. Kitaba ön sözü prezidentin müşaviri Kamal Abdulla yazıb. Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası...
Bakıda - Yasamal rayonunda İnşaatçılar prospekti ilə Nəriman Nərimanov küçələrinin kəsişməsində "Azərkitab” adlı böyük kitab mağazasının açılışı olub. Açılış mərasiminə millət vəkilləri, yazarlar, tannmış sənət nümyəndələri və oxucular qatılıb. Mərkəz artıq sabahdan sistemli şəkildə fəaliyyətə başlayacaq. Mərkəzdə tədbir üçün nəzərdə tutulmuş otaqlar, akt zalı, müxtəlif kitabların yerləşdiyi "Book cafe” bölməsi, uşaqlar üçün "Nağıl...