Bazar, 21 Aprel, 2019
Bu gün Yasamal Rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin barəsində olan həbsin girovla əvəz edilməsi ilə bağlı verilmiş vəsatətə baxılıb. Abzas.net xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda, məhkəmə vəsatəti təmin etməyib. Xatırlatma Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın...
Bakı şəhərinin Ramana qəsəbəsi yolunda baş verən avtobus qəzasından sonra Baş Dövlət Yol Polisi İdarəsi marşrut xətlərinin həmin yoldan deyil, qəsəbənin içindən keçməsi ilə bağlı dəyişiklik edib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova qeyd edib ki, bu yenilik daimi deyil və optimallaşdırma işləri bitdikdən sonra qərar veriləcək: “Optimallaşdırma aparılır və Bakı Nəqliyyat Agentliyi...
Aprelin 24-25-də açıq dənizdə küləyin sürəti arabir 34 metr/saniyə (dalğanın hündürlüyü 3-5 metr, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib. Abzas.net xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb. Qeyd olunub ki, bütün sahələrdə maarifləndirmə...
Dekabrın 22-də saat 18.00 radələrində Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar üçün tikilmiş qəsəbələrdə yaşayan sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş ediblər. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki,...
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) 11 aprel prezident seçkisinin bütün mərhələləri üzrə qiymətləndirmə aparıb. SMDT uzunmüddətli müşahidəni 22 nəfər, seçki günü müşahidəni isə 166 nəfər müstəqil müşahidəçi ilə əməkdaşlıq şəraitində həyata keçirib. Seçkii günü müşahidəçilər 125 seçki dairəsi üzrə milli təmsilçilik əsasında təsadüfi yolla seçilmiş 125 seçki məntəqəsində...
Bazar ertəsi Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin (VCMK) iclasında Azərbaycanda insan hüquqlarının təminatı ilə bağlı problemlər müzakirə edilib. VCMK-nın hazırki sədri Qubad İbadoğlu Turan-a bildirib ki, iclas iştirakçıları Bakıda qəzalı vəziyyətdə olması elan edilən 1000-ə yaxın binanın sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı hakimiyyətin planları kontekstində mülkiyyət hüquqlarına dair vəziyyət müzakirə...
Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və daha bir vəzifəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən...
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Xabarovsk diyarı üzrə İdarəsi, pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi öldürən azərbaycanlı barədə informasiya müqabilində mükafat təyin edib. İdarənin rəsmi məlumatına görə, Anar Allahverənovun tutulması müqabilində 500 min rubl təklif olunur. Məlumatda deyilir ki, RF Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulan cinayəti...
Nida Vətəndaş Hərəkatı Əfqan Muxtarlının həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, mayın 29-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində jurnalist, Nida Vətəndaş Hərəkatının üzvü, Qarabağ döyüşlərində könüllü iştirak etmiş qazi Əfqan Muxtarlı naməlum şəxslər tərəfindən oğurlanıb. Abzas.net xəbər verir ki, jurnalistin ailəsi və yaxınları Gürcüstan polisinə müraciət etsə də, heç...
""Azərişıq" ASC və "Azəristiliktəchizat" ASC özəlləşdirilməlidir". Bu təkliflə, noyabrın 13-ü Milli Məclis komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsində deputat Qüdrət Həsənquliyev çıxış edib. Onun sözlərinə görə, bu qurumlar dərhal özəlləşdirilməsə, orada problemlər nəinki həll olunmayacaq, əksinə, daha da dərinləşəcək. Hər iki dövlət qurumunun ziyanla işlədiyi bildirilir. Deputat əhali sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsinin...