Çərşənbə axşamı, 5 İyul, 2022
Azərbaycanda 13 yaşadək uşaqlar arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozunun qoyulması halları artıb. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2015-ci ildə 10 183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub. Ötən il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaq olub. 2011-ci...
"Allah eləməsin, sənin bir daha həbs olunmağını heç kim istəmir". Sentyabrın 3-də polis bölməsinə dəvət olunan jurnalist Əvəz Zeynallıya onu qəbul edən sahə müvəkkili Nadir Abbasov belə deyib. Bu haqda bölmədən çıxdıqdan sonra Ə.Zeynallının özü məlumat verib. Polis bölməsində Ə.Zeynallıya indiyədək vəfat etmiş jurnalistlərin taleyi də xatırladılıb: «Mən görüşdə sözlə işlədiyimi, yazmağın...
Sentyabrın 3-də Bakının Yasamal rayonunun Qanlıgöl deyilən ərazisində polislə sakinlər arasında qarşıdurma yaranıb. Sakinlər evlərinin sökülməsinə etiraz edərək yaxınlıqdakı yolu bağlayıblar. Onlar evlərinin niyə sökülməsindən xəbərsizdirlər və heç bir kompensasiya ödənmədiyini deyirlər. AzadlıqRadiosuna danışan Sakin Zərxanım Tapdıqovanın sözlərinə görə, bir neçə gün öncə Yasamal rayonu İcra Hakimiyyətindən gəlib deyiblər ki,...
Əlimərdan bəy Topçubaşovun böyük qızı Sara Topçubaşovadan 2 nəvəsi olub, Zərifə və Gülnara. 93 yaşlı Gülnara Kurdemir bizi İstanbulun qədim məkanlarından olan Cihangirdəki evinə dəvət etdi. Bizi sevimli pişiyi ilə qapıda qarşıladı. Evdə olan bütün əşyaları, xüsusilə ağ, qara şəkillər uzun illəri sığdırmışdı ovuclarına. Gözləri gülürdü Gülnara xanımın. Açığı, belə qarşılanacağımızı...
"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı polisə çağırılıb. Bu haqda Əvəz Zeynallı “facebook” səhifəsində məlumat verib. "Bu gün məni saat 15:00 üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırdılar, səbəbini izah etmədilər, dedilər ki, gəl, söhbətimiz var. Mən də məişət işlərimlə bağlı ancaq saat 4-də gedə biləcəyəm", - deyə jurnalist bildirib. Əvəz Zeynallının...
Avqustun 2-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verdiyi iddia üzrə məhkəmə prosesi keçirilib. Abzas.net-in məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in vitse-prezidenti Mirşahin Ağayev çıxış edib. "25 illik tarixi özündə daşıyan ən zəngin kanalın mühakimə...
Sabah Bakıda dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun yarımadada gecə 19-22°, gündüz 25-29°, Bakıda isə gecə 19-21°, gündüz 26-28° isti olacağı...
Cümə günü Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin işi üzrə prosesdə şahid ifadələri dinlənilib. Hacıyevin keçmiş birinci müavini Emin Mustafayev öz şefinin əleyhinə ifadə verib. "İttihamda göstərilən 157 kredit, o cümlədən VİP kreditlər Cahangir Hacıyevin özünə, ailəsinə və ona yaxın insanlara verilib. Bunun üçün Müşahidə Şurasının qərarı lazım idi,...
Prezident İlham Əliyev bəzi ölkələrin vətəndaşları üçün sərhəd rejiminin sadələşdirilməsi haqda sərəncam imzalayıb. Turan-ın məlumatına görə, dövlət başçısı XİN, Gömrük Komitəsi, Sərhəd və Miqrasiya Xidmətinə tapşırıb ki, “Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəddə sərhəd-buraxılış məntəqələrində sürətli keçid” məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təklifləri 3 ay ərzində hazırlasın. Bununla yanaşı dövlət başçısı...
"Siz də heç olmasa, öz nökərlərinizi fikirləşin, adamları küçələrdə ac qoymayın" Xəbər verdiyimiz kimi bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM Yayım və Media" Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri üzrə ayrı-ayrılıqda iki məhkəmə iclası keçirilib. MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında "ANS ÇM Yayım və Media"...