Ölkənin ən böyük poladəritmə müəssissi olan “Baku Steel Company” zavodunda partlayış baş verib. Faktı zavodun işçiləri təsdiqləyib.
“Report”un məlumatına görə partlayış istehsalat qəzası nəticəsində baş verib. Nəticədə beş nəfər xəsarət alıb.
Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il...
Azərbaycanın aparıcı pivə istehsalçısı “Baltika-Bakı” şirkəti avqustun 15-dən istehsalatı müvəqqəti dayandıracağını elan edir.
Son vaxtlar Azərbaycanın pivə bazarında ağır vəziyyət yaranıb: 2015-ci ildə bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya davam etməkdədir. “Bu, ilk növbədə ölkədə...
Xəstə qadının sol ayağı əvəzinə sağ ayağını kəsən cərraha qarşı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədovanın Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol...
Dünya bazarları Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq (Brexit) qərarının ardından çalxalanır. Sabitliyi ilə seçilən ingilis funt sterlinqi əsas dünya valyutaları qarşısında dəyər itirib. İstər-istəməz ağla bu sual gəlir: Britaniya pul vahidinin dəyərsizləşməsi Dövlət Neft Fondunun (DNF-in) bu ölkəyə investisiyasının taleyinə necə təsir göstərəcək?
"BU, 273 MİLYON MANAT İTKİ DEMƏKDİR"
İqtisadiyyat eksperti...
Bu vəsaitlə 10000 nəfər dializ xəstəsinin həyatını qurtarmaq, 10000 azyaşlı uşağı müalicə etmək...
Şəhid ailələrinin sığorta pulunu, məcburi müalicəyə ehtiyacı olanların xərcini, tələbələrin təhsil haqqını, devalvasiyanın vətəndaşa vurduğu zərəri ödəməyə pul “tapılmır”, amma…
Hökumət yarıtmaz siyasəti əvvəlcə Avropa Oyunları ilə sığortalamağa çalışıdı. İnsanları inadırmağa çalışdılar ki, Avropa Oyunlarının xatirinə, sosial vəziyyətin...
Avropa İnsan Haqları Məhkəməsi iyunun 16-da Azərbaycandan göndərilmiş 13 şikayətlə bağlı qərarlarını açıqlayıb. Məhkəmə bütün qərarlarında ərizəçilərin hüquqlarının pozuntusunu tanıyıb.
Azadlıq Radiosunun verdiyi məlumata görə, həmin qərarlara əsasən, hökumət şikayətçilərə maddi və mənəvi zərərə, hüquq məsrəflərinə görə üst-üstə 133 min250 avro təzminat ödəməlidir. Bəs söhbət hansı şikayətlərdən gedir?
Əhəd Məmmədli Azərbaycana...
May ayının 6-da yeni fəaliyyətə başlamış "Caspian PlatForum" təşəbbüsündə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq açıq mühazirədə iştirak edib, dinləyicilərin suallatını cavablandırıb. Tədbirin mövzusu isə "21-ci əsrdə diplomatiya" olub.
Səfir Siddiq çıxışında Qarabağ münaqişəsi, ölkədə investisiya mühiti, siyasi məhbuslar və digər vacib mövzularına toxunub. musavat.cm-un məlumatına görə, səfir çıxışında uğurlu...
Həbsdə olan jurnalist Xədicə İsmayılova UNESCO/ Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb. Təqdimat mərasimi 3 may - Beynəlxalq Mətbuat Azadlığı gününə həsr edilib.
Facebookda Xədicə İsmayılovanın həbsxanadan göndərdiyi müraciətin mətn yayılıb. İsmayılovanın təqdimat mərasiminin iştirakçılarına müraciətini təqdim edirik:
Elmar Hüseynov barədə eşitmişiniz? O, Azərbaycanın Guillermo Cano-sudur. İnanıram ki, onun işi...
Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.
Contact xəbər portalının verdiyi məlumata görə, ölkəmizin hərbi sənaye komplekslərində, Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər...
Saxta seçki, qeyri-demokratik yolla hakimiyyətə gələnlər həmişə savadlı, məntiqli, aydın baxışlı, mübariz insanlardan qorxurlar. Çünki cahil, avam adamlardan fərqli olaraq, savadlı insanları qorxutmaq və aldatmaq, onları istənilən kimi idarə etmək mümkün deyil. Məhz bunun nəticəsidir ki, əlində onlarla TV, radio, yüzlərlə qəzet, sayt olan hökümət müstəqilliyi qoruyub saxlamış tək-tük...