Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri – nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Bakı...
Avropa İnsan Haqları Məhkəməsi iyunun 30-da "Qənimət Zayidov Azərbaycana qarşı" işi üzrə qərarını elan edib. Bu barədə hüquqşünas Xalid Ağalıyev məlumat verib.
Onun sözlərinə görə, AİHM bu işdə ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin baş verdiyini müəyyən edib və ərizəçiyə 1500 avro ölçüsündə təzminat ödənilməsinə qərar verib.
Şikayət "Prezident köməkçisinin korrupsiya aparatı" sərlövhəli...
Ötən gün Naxçıvandakı hərbi hissələrdən birində Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb. Həlak olan əsgərin Fazil Məmmədli olduğu bildirilib. O, evin tək oğlu olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu, əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi...
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.
İstintaq orqanı tərəfindən Nizami Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib.
Bakı Hərbi Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib. Qərara əsasən, Nizami Məmmədovun həbs qətimkan tədbirinin müddəti 3 ay...
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatı iyulun 1-də Məhkəmə-Hüquq Şurasının binası qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib.
Hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, aksiyada məhkəmələrin qanunvericiliyin tələblərinə zidd olaraq qapalı keçirlməsinə etiraz ediləcək.
"Məhkəmələrin xüsusilə siyasi yüklü mühakimələri məzhəkəyə çevirmələri azlıq edirmiş kimi, "açıq tamaşaları" bağlı elan edirlər, işlərin...
“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, 2021-ci il noyabrın 5-də – ev dustaqlığına buraxılandan 5 gün sonra vəfat edən Vidadi Muradovun ailəsi onun haqqındakı hökmlə bağlı Ali Məhkəməyə şikayət verib.
Yaxınları onun ölümündən sonra olsa belə, haqqındakı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, müsadirəsinə qərar verilən əmlakların üzərindən həbsin götürülməsini...
“Psixoloqlar anama demişdi ki, kişilərə maraq məndə keçici bir şeydir. Zamanla düzələcək”, - hazırda Lənkəranda yaşayan 23 yaşlı Səlim (şərti ad) xatırlayır. Bu kimi yanaşmalar onda psixoloqlara qarşı inamsızlıq yaradıb.
Azərbaycanda LGBTİQ+ların üzləşdiyi ən vacib problemlərdən biri psixoloji dəstək xidməti ilə bağlıdır. Bu cür sosial qruplarla işləyə biləcək mütəxəssislərin əlçatımlı...
"Endryu Şofer öz vəzifəsini yerinə yetirdi və indi Lora Okla ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədridir", - Dövlət Departamentinin nümayəndəsi çərşənbə axşamı TURANın Vaşinqton müxbirinə bildirib.
“İyunun 21-də xanım Okla Ermənistan və Azərbaycan üçün davamlı sülhün bərqərar olması ilə bağlı Aİ və Fransalı həmkarları ilə görüşmək üçün Brüsselə getdi və...
Ağdaşda fəhləni elektrik cərəyanı vuraraq öldürüb
Rayon prokurorluğundan bildirilib ki, iyunun 28-i saat 14 radələrində Ağdaş rayonu, Qolqəti kəndi ərazisində 1993-cü il təvəllüdlü Elnur Osmanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Elnur Osmanov fəhlə kimi işlədiyi qeyd edilən kənd ərazisində ağacların suvarılması üçün nəzərdə tutulan göldə...
Azərbaycan və Ermənistan arasında atəşkəs yenidən pozulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, iyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı...