Cümə axşamı, 29 İyul, 2021
İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində Meydan TV ilə əməkdaşlıqda günahlandırılan jurnalist Aytac Əhmədovanın şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin şikayəti icraata götürməməyini haqlı sayıb. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İşlər İdarəsi jurnalist Aytac Əhmədovanın ölkədən çıxışına qadağa qoyub. Nəsimi Rayon Məhkəməsində iyunun 14-də keçirilən...
"Metropoliten ili 28 mln. 305,023 min manatlıq zərərlə başa vurub" "Bakı Metropoliteni" QSC 2015-ci ilin maliyyə vəziyyəti haqqında hesabatı açıqlayıb. APA-nın məlumatına görə, 2014-cü il ilə müqayisədə ötən il Bakı metrosunun cəmi aktivləri 10,75% artaraq 2 mlrd. 226 mln. 770,658 min manat olub. Hesabat dövrünə QSC-nin cəmi uzunmüddətli aktivləri 2 mlrd. 147...
May ayının 6-da yeni fəaliyyətə başlamış "Caspian PlatForum" təşəbbüsündə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq açıq mühazirədə iştirak edib, dinləyicilərin suallatını cavablandırıb. Tədbirin mövzusu isə "21-ci əsrdə diplomatiya" olub. Səfir Siddiq çıxışında Qarabağ münaqişəsi, ölkədə investisiya mühiti, siyasi məhbuslar və digər vacib mövzularına toxunub. musavat.cm-un məlumatına görə, səfir çıxışında uğurlu...
Həbsdə olan jurnalist Xədicə İsmayılova UNESCO/ Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb. Təqdimat mərasimi 3 may - Beynəlxalq Mətbuat Azadlığı gününə həsr edilib. Facebookda Xədicə İsmayılovanın həbsxanadan göndərdiyi müraciətin mətn yayılıb. İsmayılovanın təqdimat mərasiminin iştirakçılarına müraciətini təqdim edirik: Elmar Hüseynov barədə eşitmişiniz? O, Azərbaycanın Guillermo Cano-sudur. İnanıram ki, onun işi...
2014-cü ilin sonunda Azərbaycanın Kanberradakı səfirliyi yeni il gecəsinə rüsumsuz alkoqollu içki və siqaretlə bağlı inanılmaz bir sifariş verib. Mediaya sızan sənədlər göstərir ki, səfir Rövşən Cəmşidov və mühasib Araz Xasıyev diplomatik statuslarından yararlanaraq, Avstraliya hökumətindən 2 min litr pivə, 1100 litr şərab, 520 litr spirt və 40 min...
Səsli köməkçi "Siri" bir yaşlı uşağın nəfəs almadığını görən avstraliyalı Stacey Gleeson-a (Steysi Qlison) həkim çağırmaqda kömək edib. Bu barədə Yahoo News məlumat verib. Radiodayənin köməyi sayəsində Gleeson uşağının göyərdiyini və nəsəf ala bilmədiyini görür. Panika halında o smartfonunu əlindən düşürür, amma özünü itirmir və qışqırır: “Siri, təcili yardım çağır”. Həkimlər vaxtında...
Çərşənbə axşamı keçirilən “Vətəndaş cəmiyyətinin çağdaş durumu: Dəyişikliklər üçün nə etməli?” forumunun qətnaməsində vətəndaş cəmiyyətinin dövlət quruculuğunda və cəmiyyətin inkişafında tam iştirak edə bilməsi üçün hakimiyyət QHT və KİV-in fəaliyyəti yolundakı maneələri aradan qaldırmağa çağırılır. Qətnamə beş bloku əhatə edir: qanunvericilik, fəaliyyət şəraiti, insan hüquqları, söz azadlığı, siyasi məhbuslar problemi. Əsasən...
Trend-in statistik məlumatlara istinadən verdiyi məlumatlara əsasən, 2010-cu ildə 1843, 2011-ci ildə 1903, 2012-ci ildə 1884, 2013-cü ildə 1862, 2014-cü ildə 1655, 2015-ci ildə isə 2033 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib. Uşaq ölümlərinin səbəbləri arasında tənəffüs sistemi xəstəliklərindən ölüm birinci yerdə dayanır. Ötən il 221 nəfər uşaq bu...
FLEX (Gələcək Liderlərin Mübadiləsi) proqramının Azərbaycandan olan 10 finalçısı məlum olub. Bu barədə Amerikanın Səsi ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikinə istinadən məlumat yayıb. "Bu parlaq tələbələr 1 il ərzində Amerika ailəsi ilə birgə yaşayaraq orta məktəbdə təhsil alacaqlar. Onlar həmçinin Azərbaycanın gənc təmsilçiləri rolunda iki ölkə arasında daha sıx əlaqələrin qurulmasına kömək...
ABŞ Dövlət Departamenti 2015-ci il üçün dünyada "insan alveri" ilə bağlı illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycan insan alverinə görə "2 dərəcəli" ölkələr sırasında yer alıb. 2016-cı il insan alveri hesabatının Azərbaycanla bağlı hissəsini ixtisarla təqdim edirik: "Azərbaycan insan alveri üçün mənbə, tranzit və təyinat ölkəsidir. Kişilər, qadınlar və uşaqlar məcburi...