AŞPA Bürosu "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr" adlı hesabat hazırlamaq haqqında qərar qəbul edib. Məruzəni AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsi hazırlayacaq.
Öz növbəsində, Mədəniyyət, elm, təhsil və KİV Komitəsinə bu məsələ ilə bağlı rəy hazırlamaq tapşırılıb.
Mayın əvvəllərində bir qrup AŞPA deputatı Azərbaycanda jurnalistlərin və...
Almaniyadan deportasiya edildikdən sonra həbs edilmiş siyasi mühacirlərin iki ailə üzvü iyunun 28-i Azərbaycan Baş Prokurorluğu qarşısında etiraz aksiyası keçirib.
Həbsdə olan siyasi mühacir Pünhan Kərimlinin atası Vahid Kərimov oğlunun təqsirsiz olduğunu bildirib. "Oğlumun heç bir günahı olmadığı halda, sadəcə müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olduğu və Almaniyada bir çox aksiyalarda iştirak...
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə qarşı qaldırılan işlə bağlı qərar qəbul edib. Bu işdə ADY vaqonların icarəyə verilməsi, dəmiryol daşımaları, eləcə də tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulmasında ittiham edilirdi.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırması ittihamların əsaslı olduğunu...
Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin 1-ci müavini Cahan Əliyeva Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyinin siyasi məsələlər üzrə müşaviri Ceremi Brenner ilə görüşüb. Bu barədə VİP-in yaydığı məlumatda deyilir.
ABŞ Səfirliyində baş tutan görüşdə əsas diqqət VİP sədri Əli Əliyevin qondarma ittihamlar əsasında Yasamal Rayon Məhkəməsi tərəfindən 2022-ci il yanvarın...
Ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun adı dələduzluqla bağlı cinayət işində keçir.
Cinayət işinin materiallarından aydın olur ki, keçmiş korpus komandirinin adından istifadə edilib, "işə düzəltmə" vədiylə müxtəlif adamlardan pul toplanıb. Diqqətçəkən ayrıntı odur ki, bu dələduzluqda suçlanan general-leytenantın əmisi oğlu David Aydəmirovdur.
67-yaşlı David Aydəmirovun Quba-Qusar zonasında yaşayan adamları övladlarını...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Kür çayının ərazisində yaşayan əhaliyə xəbərdarlıq edib.
U.Tağıyeva açıqlamasında bildirib ki, son günlərdə ölkə ərazisində, xüsusilə də respublikanın şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur.
Onun sözlərinə görə, bu gün axşam saatlarında Gədəbəy rayonu ərazisində iri dənəli...
Müsəlman Birliyi Hərəkatının üzvü, Cəlilabad rayon sakini Rəşad Əliyev həbs olunub. Onun haqqında Cəlilabad Rayon Məhkəməsində qərar çıxarılıb. Qərara əsasən, inanclı fəala 15 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni əmrinə tabe olmama) maddəsilə ittiham olunub.
Rəşad Əliyevin yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, onu iyunun...
İyunun 25-də Sabunçu Rayon Məhkəməsi bloqer Rəşad Ramazanovun ev dustaqlığına keçirilməsilə bağlı vəsatətini təmin etməyib. Bu barədə onun vəkili Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. Müdafiə tərəfi hesab edir ki, istintaq həbsdə saxlanılmadan də aparıla bilər.
Rəşad Ramazanov bu il mayın 20-də saxlanılıb, ertəsi gün isə...
16 saylı koloniyada saxlanılan hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd iyunun 27-də aclıq elan edib. O, həbsdən azad olunmasını tələb edir. Bu barədə Turan-a “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatından bildiriblər.
“O, ədalətsizliyə etiraz olaraq Azərbaycan vətəndaşlığından imtina edir və Avropa İttifaqı ölkələrindən birindən sığınacaq istəyir”, - təşkilatın məlumatında deyilir.
Məmməd...
Ötən gün Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində 1989-cu il təvəllüdlü polis serjantı İlham Salmanov piyada əleyhinə minaya düşüb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, hadisə polisin xidmətdə olmadığı vaxt baş verib.
Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub. Hazırda həyatı üçün...