Cümə axşamı, 16 Sentyabr, 2021
“Öz torpaqlarını azad etmək istəyən Azərbaycan bu vətəndaş cəmiyyətinin (Türkiyə Təbiblər Birliyi nəzərdə tutulur - S.İ.) hədəfi ola bilməz”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib. Türkiyə lideri deyib ki, ölkəsində 100 minə yaxın erməni var və onlar Türkiyədə rahat yaşayırlar: “Əgər...
Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yenidən sürüşmə baş verib.  Hadisə qəsəbənin Buxta 9 küçəsində qeydə alınıb. Yerli sakinlər ərazidə yerləşən 3-4 evin uçduğunu bildirirlər. Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Dövlət Sərhəd Xidməti rəisinin iki müavini ehtiyata buraxılıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu gün DSX-nin aparatında Azərbaycan Sərhəd Müha­fizə­si­nin 102-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasim çərçivəsində DSX rəisinin Silahlı Qüvvələrin ehtiya­tına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov DSX-nin döyüş bayrağı ilə vidalaş­ıblar.
Həbsdə olan jurnalist Xədicə İsmayılova UNESCO/ Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb. Təqdimat mərasimi 3 may - Beynəlxalq Mətbuat Azadlığı gününə həsr edilib. Facebookda Xədicə İsmayılovanın həbsxanadan göndərdiyi müraciətin mətn yayılıb. İsmayılovanın təqdimat mərasiminin iştirakçılarına müraciətini təqdim edirik: Elmar Hüseynov barədə eşitmişiniz? O, Azərbaycanın Guillermo Cano-sudur. İnanıram ki, onun işi...
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 144 dəfə pozub. Abzas.net Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və...
“Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir”. Bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazirin fikrincə, bu məsələnin həllində mürəkkəb heç nə yoxdur: “Önəmlisi odur ki, dünya...
Goranboy rayon məktəblərində müəllimlərdən Bakıda keçiriləcək İslam Oyunları adı altında pul yığıldığı iddia edilir. Bu barədə adıçəkilən rayonun bir qrup müəllimi gununsesi.info-ya məlumat verib. Müəllimlərin sözlərinə görə, artıq bir neçə gündür ki, məktəb direktorları onları kabinetlərinə çağıraraq İslam Oyunları üçün pul tələb edirlər. “Bizdən tələb edirlər ki, bir dərs saatının 6...
Azərbaycanda sabahdan etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək. Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi "SOCAR Petroleum" açıqlama yayıb. Məlumata görə, “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək, yəni qiymətlər markalar üzrə müvafiq...
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Bildirilir ki, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində...
Fevralın 12-də ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Məhkəmədə cinayət işi üzrə məhkəmə istintaqının...