Cümə axşamı, 20 İyun, 2019
Xəzər dənizində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 14:23:46-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3.2, dərinliyi 60 km olub.
Bir qrup müəllimin təhsil sistemindəki problemlərlə bağlı saytımıza müraciətini təqdim etmişdik. Təhsil nazirinə açıq məktubda müəllimlər vakant yerlərin elan olunmamasından, sonra isə rüşvətlə həmin yerlərə təyinatların olmasından şikayətlənirdi. Təhsil nazirliyindən isə müəllimlərin həmin məktubuna münasibt almaq cəhdimiz nəticəsiz qaldı, nazirlik rekasiya vermədi.  Onlar, məktubda müəllimlərin işə qəbul olunmasında əsas olan vakant yerlərin...
Qazaxda yaşayan məcburi köçkün Bəxtiyar Hidayət redaksiyamıza növbəti şikayət məktubunu yollayıb. O, yaşadıqları qəsəbədə məcburi köçkünlərə yalandan qaz borcu yazıldığını, sakinlərdən bəzilərinin qazının kəsildiyini, bu üsulla başqalarını olmayan borcu ödəməyə məcbur edirlər. Məcburi köçkün yazır: “Hörmətli redaksiya! Çox sağ olun ki, birinci məktubumu işıqlandırdınız. Amma bizim qazaxlı məcburi köçkünlərin qaz problemi...
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 26-da şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  21-25° isti, gündüz  31-36° isti olacağı gözlənilir. Bakıda gecə 21-23° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində...
Avqustun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə məhkəmə prosesi davam edib. Prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyov suallara cavab verib. O bildirib ki, təqsirləndirilən şəxslərə işgəncə verməyib. Təqsirləndirilən Aqil İsmayılov isə bildirib ki, İslam Ağabəyov tərəfindən təzyiqə məruz qalıb: "Məndən soruşdu ki, həmin məclisdə neçə...
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə fasilədən sonra davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə C. Hacıyev ifadə verib. O, ilk öncə saxlanma şəraitindən narazılıq edib, istintaq təcridxanasında...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə vəkillər Aqil Layicov və Fəxrəddin Mehtiyev məhkəmə tərkibinə etiraz ediblər. Bildiriblər ki, hazırlıq iclasının qərarında...
Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı bu gün qarşı tərəfə qaytarılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, avqustun 7-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri olmuş Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib. Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib. Vəkil Əfqan Məmmədovun verdiyi məlumata əsasən, proses zamanı şahidlərin dindirilməsi davam edib. Prosesdə İslam Partiyasının sabiq sədr əvəzi Elçin Manafov ifadə verib. Məhkəmə prosesi avqustun...
Dövlət Bayrağı Meydanı Kompleksinin keçmiş rəisi Rəşad Məmmədov növbəti dəfə məhkəmə qarşısına çıxıb. Avqustun 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə onun işi üzrə ilkin baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razılaşmayaraq bəraət tələb edən Rəşad Məmmədov, eləcə də onun vəkili Akif Əlizadə işin məhkəmə baxışına verilməsinə...