Cümə axşamı, 20 İyun, 2019
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında xəstənin komada olan zaman dişlərinin oğurlanması ilə bağlı məlumat yayılıb. Xəstənin həyat yoldaşı Qəmər Qasımova açıqlamasında bildirib ki, həyat yoldaşı 1959-cu il təvəllüdlü İsmayıl Qasımovun dişləri Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında reanimasiya şöbəsində olduğu zaman oğurlanıb: “Biz xəstəni Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından Mərkəzi Klinik Xəstəxanaya gətirəndə...
Sumqayıt şəhərində ölümlə nəticələnən partlayış baş verib. Məlumata əsasən, avqustun 12-də saat 13.00 radələrində şəhərin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən  tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış meydana gəlib. Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və həkimlərin bütün səylərinə rəğmən vəfat edib. Həyətdə olan “Tavriya” markalı avtomobil isə yanıb. Hadisə...
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalları Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında nəzarətə götürülüblər. Əldə edilən məlumata əsasən bir neçə gün əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 1 saylı Bakı İstintaq Təcridxanasında intihara cəhd etməsi ilə bağlı...
İctimai Televiziya və Radio Yayımları Şirkətinin(İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə basqın olub. Bu barədə açıqlama verən S. Bayramov deyib ki, ki, təxminən saat 01.00 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S....
Bir qrup Gəncə sakini Gəncəçay sahilindəki evlərindən məcburən çıxarılmaları ilə bağlı Prezident Administrasiyasına gediblər. Onların sözlərinə görə, yerli hakimiyyət bəhanə altında 110 ev sökməyə hazırlaşır.  Sakinlərə 1 kv. metrə görə 300 manat və ya müvəqqəti olaraq mənzil kirayə götürməyi təklif edirlər və “imkan olanda” onları yeni mənzillə təmin etməyi təklif...
Görünür, Azərbaycan Milli Olimpiya Komitəsi Rio olimpiadasında komandamızın qazandığı medallara çox da sevinmir. Azərbaycan MOK-un saytına daxil olduqda belə təəssürat yaranır. Belə ki, avqustun 12-nə Olimpiadada nailiyyətləri göstərən cədvəldə qazanılmış medallar 0 olaraq göstərilib! Baxmayaraq ki, birinci medal hələ avqustun 8-də, ikincisi isə dünən axşam saatlarında qazanılıb. Elə həmin saytda...
Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edib. APA-nın məlumatına görə, bu elektron xidmət Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün...
Azərbaycanın müdafiə naziri Zakir Həsənov avqustun 11-də Xüsusi Təyinatlı Qüvvələrin Təlim Mərkəzinə baş çəkib və aprel döyüşlərindən sonra qəbul edilmiş müasir qüvvələrə və vasitələrə baxış keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçularının hazırlanmasını izləyib. Xüsusən, müxtəlif növ silah və motoparaplanlardan istifadə ilə döyüş atışı...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti davam edəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda deyilir ki, Bakı və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi,  maksimal temperaturun 35-39, bəzi günlərdə  41 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal...
Fevralın 1-dən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrin vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilib. Bu barədə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir. “Körfəz ölkələrinə münasibətdə viza rejiminin sadələşdirilməsi bu istiqamətdə görülən işlərin son illər daha uğurlu nəticələr...