Cümə axşamı, 19 Sentyabr, 2019
Cümə günü Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin işi üzrə prosesdə şahid ifadələri dinlənilib. Hacıyevin keçmiş birinci müavini Emin Mustafayev öz şefinin əleyhinə ifadə verib. "İttihamda göstərilən 157 kredit, o cümlədən VİP kreditlər Cahangir Hacıyevin özünə, ailəsinə və ona yaxın insanlara verilib. Bunun üçün Müşahidə Şurasının qərarı lazım idi,...
Prezident İlham Əliyev bəzi ölkələrin vətəndaşları üçün sərhəd rejiminin sadələşdirilməsi haqda sərəncam imzalayıb. Turan-ın məlumatına görə, dövlət başçısı XİN, Gömrük Komitəsi, Sərhəd və Miqrasiya Xidmətinə tapşırıb ki, “Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəddə sərhəd-buraxılış məntəqələrində sürətli keçid” məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təklifləri 3 ay ərzində hazırlasın. Bununla yanaşı dövlət başçısı...
"Siz də heç olmasa, öz nökərlərinizi fikirləşin, adamları küçələrdə ac qoymayın" Xəbər verdiyimiz kimi bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM Yayım və Media" Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri üzrə ayrı-ayrılıqda iki məhkəmə iclası keçirilib. MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında "ANS ÇM Yayım və Media"...
Bu gün “ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb. Məhkəmə “ANS Müstəqil Yayım və Media” Şirkətinin MTRŞ-nın televiziyanın yayımının 18 iyul 2016-cı il tarixdən saat 18.30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərarından verdiyi şikayəti təmin etməyib. Bildirilib ki, şirkət 10 gün müddətində...
Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. İclasda vəkil Adəm Məmmədov çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib. Məhkəmə prosesi sentyabrın 9-na təyin olunub. Qeyd edək ki, jurnalist Rasim Əliyevin 2015-ci il avqustun 8-də Bayıl...
"Məhkəmənin növbəti prosesi sentyabrın 6-na təyin edilib". Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şirkət ANS ÇM-in lisenziyasının ləğv edilməsi ilə bağlı qərarın ləğv olunmasını və MTRŞ-dan 1 milyon manat...
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə tövsiyələrini açıqlayıb. QMİ-dən verilən məlumatda qeyd olunub ki, Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları müjdələyir, bu əziz günlərdə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir: "Bu müqəddəs günlərdə...
"Həkim içkili olduğundan əməliyyatda anamın öd kisəsi əvəzinə mədəsini kəsib götürdü. Adını da qoydu ki, anamda xərçəng varmış. Anam bundan sonra dörd-beş ay yaşadı". Samirə Mirzəyeva AzadlıqRadiosuna belə deyir. Onun sözlərinə görə, martın 31-də Bakıda "NewMed" klinikasında cərrah Boris Zeynalovun apardığı "uğursuz" əməliyyatdan bir neçə ay sonra – avqustun...
"İttihamda göstərilən 157 kredit, o cümlədən VİP kreditlər Cahangir Hacıyevin özünə, ailəsinə, ona yaxın adamlara verilib. Bunun üçün Müşahidə Şurasının qərarı olmalı idi, amma olmayıb. Bu kreditlər təminatlı verilməliydi, lakin Cahangir Hacıyevin göstərişi ilə məcbur olub təminatsız verirdik. Bu, qanunsuz idi, ona görə də Cahangir Hacıyev işdən çıxandan sonra...
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin - məktəbli formalarının standartların tələblərinə uyğun olmadığı, əmtəə nişanının saxtalaşdırılaraq istifadəsi barədə şikayət araşdırılıb. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, müəyyən olunub ki, “Binə”, “Sədərək” ticarət mərkəzlərində, Əhmədli...